AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“8 noyabr zəfəri 2020-ci ilin bütün problemlərini bizə unutdurdu”

  • + A
  • - A
  • 27-12-2020, 14:31


    Millət vəkili Müşfiq Cəfərov Moderator.az-a açıqlamasında başa çatmaqda olan cari ili dəyərləndirib. Millət vəkilinin sözlərinə görə, 2020-ci il 8 noyabr zəfəri sayəsində heç vaxt unudulmayacaq ilə çevrildi:

    “Fikrimcə, 2020-ci il çox uzun müddət yaddaşlarda qalacaq. İl çox təhlükəli başladı, virus yayıldı, karantin, iqtisadi çətinliklər, işsizlik, sosial problemlər, dünya qapandı, problemlər hər yerdə artdı. Amma 27 sentyabrda başlayan əks-hücüm və işğalçıların qovulması əməliyyatı bizim üçün 2020-ci ilin özüylə gətirdiyi bütün problemləri unutdurdu. Ölkə Qələbəyə kökləndi, misli görünməmiş birlik yarandı, Əsgərimiz və Ordumuz ümid və nicat yerimizə çevrildi, qürurlandıq, sevindik, bir yumruq olmaq üçün böyük məsafə qət etdik. 30 illik tarixi olan vətən həsrətinə son qoyuldu. Biz illərdən bəri gözlədiyimiz vətənimizə qayıtdıq, tarixin gedişatını 2020-ci ildə dəyişdik. Məncə bu ili vətəndaşlarımız da heç vaxt unutmayacaq. 

    Bu il ədalət bərpa olundu.  Artıq 2020–ci il hər bir Azərbaycan vətəndaşının yaddaşında qələbə ili kimi həkk olunacaq. Çünki hər birimizin Qarabağ arzusu reallaşdı”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR