AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Hökumət əhaliyə sosial yardım edəcək? - MİLLƏT VƏKİLİ

  • + A
  • - A
  • 4-07-2020, 10:27

    Hökumət əhaliyə sosial yardım edəcək? - MİLLƏT VƏKİLİ

    “Son günlər yoluxmanın artmasının səbəblərindən biri vətəndaş məsuliyyətsizliyidir. Bu gün mediadan oxudum ki, xəstə adam mağazaya gedib, alış-veriş edir. Bu insan həm özünü, həm də ətrafdakılara zərər verir. Belə məsuliyyətsiz insanlar sayəsində yoluxma sayı da durmadan artır”.

    Bu sözləri AzadMedia.az-a açıqlamasında millət vəkili Asim Mollazadə deyib. O, məsuliyyətsiz insanlara qarşı nəzarətin gücləndirilməsinin vacibliyini vurğulayıb:

    “Metroda insanların maskasız olması, sosial məsafə gözləməməsi, həmçinin ictimai nəqliyyatda olan sıxlıq ölkədə yoluxma sayının artmasına səbəb oldu.

    Amma gec olmadan biz bu bəlanın qarşısını almalıyıq. Vətəndaş məsuliyyəti ilə yanaşı mağazalarda, ictimai nəqliyyatda qaydalara əməl olunmasına nəzarəti artırmalıyıq”.

    Millət vəkilinin sözlərinə görə, karantin rejimin yumşaldılması yoluxma sayını artırıb:

    “Azərbaycan ilkin mərhələdə düzgün qərarlar qəbul etmişdi. Yoluxma və ölüm sayı çox az idi. Sonradan ümumi vəziyyəti nəzərə alaraq, ölkədə bəzi yumşalmalar həyata keçirildi. Bu yumşalmalar nəticəsində vəziyyət ağırlaşdı. Məhz bu baxımdan karantin rejiminin daha da sərtləşdirilməsi doğru qərardır. İnanıram ki, ilkin mərhələdə əldə olunan müsbət nəticəyə bu dəfə də nail olacağıq. Mən vətəndaşlara müraciət edərək demək istəyirəm ki, özlərini maksimum şəkildə qorusunlar”.

    A.Mollazadə evdə qalan vətəndaşlara dövlət dəstəyinin olmasının vacibliyini vurğulayıb:

    “Azərbaycanda karantin rejimi ilə bağlı müəyyən sosial qərarlar verilib. Amma düşünürəm ki, sosial sahədə görülən işlər daha da artırılmalıdır. Vətəndaşları virusdan qorumaqla yanaşı, onların sosial durumlarına da xüsusi diqqət olmalı və bu istiqamətdə tətbirlər həyata keçirilməlidir. Düşünürəm ki, dövlət bu tədbirləri həyata keçirəcəkdir”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR