Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin (RHİMİB) sədri Arzu Bağırova Masallı rayonu, Binə Xocavar kənd sakini, Vətən Müharibəsinin şəhidi Elməddin Nəzərovun atası İsmayıl Nəzərovla görüşüb.
Azadmedia.az xəbər verir ki, Komitə sədri şəhid atasını düşmən üzərində tarixi zəfər münasibəti ilə təbrik edib.
“Vətən müharibəsinə könüllü yollanan oğlunuz Elməddin cəsarətlə döyüşüb, canını canından əziz tutduğu Vətənimiz uğrunda fəda edib. Oğlunuz Azərbaycan Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib. Tanrıdan bütün şəhidlərimizə rəhmət diləyirik!” – millət vəkili deyib.
Şəhid atasına Mədəniyyət Komitəsi və RHİMİB adından məktublar təqdim edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.