AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Millət vəkili onlara bayram sovqatı göndərdi

  • + A
  • - A
  • 2-08-2020, 11:40

    Millət vəkili onlara bayram sovqatı göndərdi

    Millət vəkili Qənirə Paşayeva cəbhə rayonu olan Tovuzda ön cəbhə kəndləri başda olmaqla, bir çox kənddə şəhid ailələri, Qarabağ müharibəsi əlil və veteranlarını, fiziki imkanları məhdud şəxslər və maddi imkanları çox aşağı olan ailələri Qurban bayramı münasibətilə təbrik edib, onlara bayram sovqatı göndərib.

    Azadmedia.az xəbər verir ki, Qənirə Paşayeva Qurban bayramında onlara Allahdan bütün arzularına çatmalarını diləyib.

    Cənab Prezidentimizin şəhid ailələrinin, Qarabağ müharibəsi əlil və qazilərinin mənzil-məişət şəraitinin, sosial vəziyyətinin daha da yaxşılaşdırılması ilə bağlı verdiyi göstərişlərin, həyata keçirilən önəmli işlərin dövlətimizin, dövlət başçımızın diqqət və qayğısının bariz nümunəsi olduğunu vurğulayan millət vəkili Qənirə Paşayeva deyib ki, hər zaman şəhid ailələrimizin, Qarabağ müharibəsi veteranları və əlillərimizin yanındayıq.

    Qənirə Paşayeva sakinlərin qayğıları ilə də maraqlanıb. Millət vəkili bayram günlərində onlayn qaydada görüntülü şəkildə onlarla seçicisini təbrik etməklə yanaşı, onların qaldırdıqları məsələləri diqqətdə saxlayacağını və həlli istiqamətində çalışacağını deyib.

    Sakinlərin qaldırdığı bəzi məsələlər isə qısa zamanda həllini tapıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR