Prezident Vidadi Muradovu işdən çıxartdı
Prezident İlham Əliyev Vidadi Muradovla bağlı sərəncam imzalayıb.
AzadMedia.az xəbər verir ki, sərəncama əsasən, Vidadi Muradov “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.
Qeyd edək ki, V.Muradov bu vəzifəyə 2016-cı ildə təyin edilmişdi. O, ötən gün külli miqdarda mənimsəmə ittihamı ilə həbs edilib.