AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Vidadi Muradov bu qədər pulu mənimsəyibmiş

  • + A
  • - A
  • 9-01-2021, 21:58



    Məlum olduğu kimi, bu gün “Azərxalça” ASC-nin İdarə heyətinin sədri Vidadi Muradov külli miqdarda mənimsəmə ittihamı ilə həbs edilib.

    "Qafqazinfo"nun məlumatına görə, Vidadi Muradov sözügedən vəzifəyə 2016-cı ilin iyununda təyin olunub.

    Onun qanunsuz əməlləri isə təyin olunduğu tarixdən 6 ay sonra başlayıb. Belə ki, o, 9 dekabr 2016-cı il tarixdən 31 dekabr 2019-cu il tarixədək digər şəxslərlə qabaqcadan əlbir olaraq “Azərxalça” ASC-yə məxsus xalça istehsalı üçün nəzərdə tutulan ipin formal müqavilələrin bağlanması yolu ilə alqı-satqısı məqsədi ilə bir neçə hüquqi şəxsə məxsus bank hesablarına ümumilikdə 3 milyon 435 min manat məbləğdə pul vəsaiti köçürüb. Vidadi Muradov həmin məbləğin 1 milyon 149 min manat olan hissəsinin nağdlaşdırılmaqla mənimsəyib.

    Vəzifə səlahiyyətlərindən sui-istifadə edən, rəsmi sənədlərə bilə-bilə yalan məlumat daxil edən Vidadi Muradov, daha sonra 20 dekabr 2017-ci il tarixdən 18 fevral 2019-cu il tarixədək olan müddətdə cəmiyyətə məxsus müxtəlif ölçülü xalçaları təsisçisi olduğu “Azər-İlmə” MMC-yə ucuz qiymətə satılmasına nail olmaqla 339 min 427 manat məbləğində əmlakı mənimsəyib.

    Məsələ burasındadır ki, “Azər-İlmə” MMC-nin təsisçisi də məhz Vidadi Muradov olub.

    Vidadi Muradov növbəti mənimsəməyə 28 mart 2019-cu ildə nail olub. Belə ki, həmin vaxt “Azərxalça” ASC-yə yun təmizləmə xəttinin alınmasına ehtiyac duyulub. Bu avadanlığın xarici bazarlarda qiyməti isə 800 min ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 1 milyon 360 min manat təşkil edib. Ancaq məsələ burasındadır ki, Vidadi Muradov istintaqla şəxsiyyətləri araşdırılan qeyriləri ilə qabaqcadan əlbir olaraq “Azərxalça” üçün maddi cəhətdən daha ağır şərtlərlə, Almaniya ərazisində fəaliyyət göstərən şirkətlərdən biri ilə dəyəri 5 milyon 314 min avro (10 milyon 167 min manat) təşkil edən podrat müqaviləsini bağlayıb.

    Müqavilənin tərkib hissəsi kimi yun təmizləmə xəttinin alınması üçün 1 milyon 800 min avro (3 milyon 444 min manat) məbləğində pulun “Azərxalça” ASC-nin bank hesabından şirkətin bank hesabına ödənilib. Yəni, əslində qiyməyi 1 milyon 360 min manat olan avadanlıq 3 milyon 444 min manata alınıb. Bir sözlə, yun təmizləmə xətti “Azərxalça” ASC-yə 2 milyon 84 min manat baha başa gəlib.

    Bununla da belə çıxır ki, Vidadi Muradov vəzifədə olduğu müddət ərzində ümumilikdə 3 milyon 572 min 427 manat mənimsəyib. Bu səbəbdən sədrə CM-nin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib, rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR