AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bağçalarda uşaqlar arasında sosial məsafə necə tənzimlənəcək? - AÇIQLAMA

  • + A
  • - A
  • 4-02-2021, 14:58



    Bağçalarda uşaqlar arasında sosial məsafənin qorunması və digər prosedurların tənzimlənməsi məsələsinə yerli icra oqranları nəzarət edəcək.

    Bu barədə Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Rəşad Tağıyev bu gün “Yuxarı siniflər və universitetlərdə ənənəvi tədrisin qismən bərpası” mövzusunda Təhsil Nazirliyinin “Facebook” səhifəsi üzərindən keçirilən canlı yayımda məlumat verib.

    O bildirib ki, bu barədə müvafiq qərar var:

    “Nazirlər Kabinetinin qərarına əsasən Təhsil Nazirliyi tabeliyində olan təhsil müəssisələri ilə bağlı həmin qərar əsasında müvafiq qərarlar verə bilər.

    Odur ki, məktəbəqədər təhsil müəssisələri yerli icra hakimiyyətlərinin tabeliyindədir. Bağçalar hansı gün işləyəcək, qida və digər proseduraların necə tənzimlənəcəyi yerli icra orqanları tərəfindən elan olunacaq qərarda göstəriləcək”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR