"Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə Türkiyədən alınmış mexaniki minatəmizləmə texnikası Azərbaycana gətirilib. Bununla əlaqədar mühəndis istehkam bölmələrində hazırda tədris proqramı təşkil olunub”.
AzadMedia.az xəbər verir ki, bu fikirləri Azərbaycan Ordusunun Mühəndis Qoşunları İdarəsinin rəisi, general-mayor Anar Kərimov deyib.
Onun sözlərinə görə, Azərbaycan Türkiyədən 20 ədəd mexaniki minatəmizləmə texnikası alıb: "Texnika istehsalçı şirkət tərəfindən hazır olduqca təqdim edilir”.
A.Kərimov bildirib ki, bu gündən etibarən Türkiyədən alınmış mexaniki minatəmizləmə texnikasının istismarına başlanılıb: "Texnika müdafiə nazirinin müvafiq əmrinə əsasən tətbiqə qəbul edilib. Qısa zamanda texnika azad olunmuş ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işinə cəlb ediləcək”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.