AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyədə əvəzedilməz bir dünya turizm istiqaməti olan “Safe Tourism” - Özəl

  • + A
  • - A
  • 15-02-2021, 22:55

    Türkiyədə əvəzedilməz bir dünya turizm istiqaməti olan “Safe Tourism” - Özəl

    Dünyanın dörd bir yanından Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi və Safe Tourism layihəsi daxilində Türkiyəyə üz tutan turistlər içərisində bu dəfə azərbaycanlı jurnalistlər yer alıb.

    Belə ki, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi və Turizm Tanıtma Əməkdaşlıq və İnkişaf Agentliyi – TGA-nın əməkdaşlığı nəticəsində Safe Tourism proqramı vasitəsilə, Azərbaycan jurnalistləri üç gündür İstanbulun həm tarixi, həm də turistik yerlərini görməklə yanaşı, koronavirus epidemiyası əleyhinə ölkədə görülən tədbirləri yaxından görmək və araşdırmaq fürsəti tapıb.

    Artıq üç gündür İstanbulda səfərdə olan azərbaycanlı jurnalistlər əfsanəvi şəhər olan İstanbulun gözdə və tarixi məkanlarını, abidələrini, məscidlərini ziyarət edib.

    AzadMedia.az-da yer alan məlumata görə, Safe Tourism çərçivəsində jurnalistlər- “Türkiyədə kəşf ediləcək inanılmaz tarixi gözəlliklər var və Türkiyə, dünyanın ən təhlükəsiz yerlərindən biridir və eyni zamanda, İstanbul hava limanına endiyimizdə çox heyran qaldıq, qardaş Türkiyə xalqı Azərbaycandan gəldiyimizi eşidəndə daha bir xoşbəxt olur”- deyə qeyd edib.

    Epidemiya səbəbiylə səyahət etməkdən narahat olan hər kəsi Türkiyə Cumhuriyyətinə - xüsusilə, İstanbula gəlməyə çağıran jurnalistlər, "Hər addımbaşı özünüzü təhlükəsiz hiss edirsiniz”-söyləyib.

    İstanbulda görüşdükləri və gördükləri hər kəsin epidemiya ilə bağlı çox intizamlı olduğunu vurğulayan jurnalistlər, "Gəzdikləri tarixi məkanlardan alış veriş mərkəzlərinədək olan hər bir nöqtədə, məsələn maskanızı unutmusunuz, elə bu anda, sizlər bir addım atmadan əvvəl sizə xəbərdarlıq edilir. Bu da elə öz növbəsində, əvvəlcə özümüzü və ətrafımızdakıları düşünməyimizin ən yaxşı əlamətidir"-deyə ifadə edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR