AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyədə səfərdə olan azərbaycanlı jurnalistlər AY Partiya rəhbərliyi ilə görüşüblər

  • + A
  • - A
  • 14-02-2021, 22:48

    Türkiyədə səfərdə olan azərbaycanlı jurnalistlər AY Partiya rəhbərliyi ilə görüşüblər

    Bir qrup azərbaycanlı jurnalist Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəvəti ilə Türkiyəyə səfər edib.
    AzadMedia.az xəbər verir ki, hazırda İstanbul şəhərində olan jurnalistlər Türkiyədə işgüzar səfərdə olan, Azərbaycan Yüksəkiş Partiyasının (AY Partiya) funksionerləri - partiya başqanı Anar Əsədli, partiya başqanının birinci müavini Bəhram İsmayılov, Türk dünyası və ideologiyaları üzrə müavini Elşad Abdullayevlə görüşüblər.

    Anar Əsədli əvvəlcə partiyanın yaradılması haqqında jurnalistlərə qısa məlumat verib. Bildirib ki, AY Partiyanın yaradılmasında əsas məqsəd ölkənin müxalif düşərgəsinə yeni nəfəs gətirməkdir: "2000-ci ildə mərhum Əbülfəz Elçibəy dünyasını dəyişəndən sonra siyasi fəaliyyətimizə ara verdik və müxtəlif qeyri hökumət təşkilatlarında, beyin mərkəzlərində təmsil olunmağa başladıq. Daha sonra Azərbaycanda köhnə və yeni nəslin birləşməsindən ibarət müxalif partiyanın yaranmasına ehtiyac olduğuna qərar verdik. Bundan sonra bir qrup siyasi fəalla birlikdə partiyanın ilkin təməllərini atdıq".

    "Partiyamız digərləri ilə müqayisədə daha fərqli struktura malikdir, hədəfimiz də bu istiqaməti inkişaf etdirməkdir. İnanırıq ki, yeni partiya ilə yeni dəyişikliklər edəcəyimizə inam yaradacağıq. Şüarımız da ideoloji atamız Məhəmməd Əmin Rəsulzadənin şüarıdır: "Hürriyyət havasını tənəffüs edək", - deyə, A.Əsədli vurğulayıb.

    O, jurnalistlərlə görüşündə partiyanın fəaliyyəti və Türkiyədə bir aydır davam edən işgüzar görüşləri haqqında da danışıb. Həmçinin səfərin əhəmiyyəti barədə ətaflı məlumat verib: "Görüşlərimiz həm siyasi, həm iqtisadi, həm təhsil, həm də sosial məsələrlə bağlı baş tutub. Hər iki ölkənin rəsmilərinə Azərbaycan və Türkiyə arasında vahid məzənnənin yaradılması, gömrüyün aradan qaldırılması, birgə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı təkliflər irəli sürülüb. Təkliflərimiz Türkiyənin bəzi rəsmiləri tərəfindən qiymətləndirilib".
    Görüşdə Azərbaycanda hazırki partiyaların fəaliyyəti də müzakirə olunub.

    O cümlədən azərbaycanlı jurnalistləri maraqlandıran sallar cavablandırılıb, partiya ilə jurnalistlər arasında davamlı əməkdaşlıqla bağlı addımlar atılıb.

    Sonda jurnalistlər AY Partiya nümayəndələri ilə xatirə şəkli çəkdiriblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR