AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Türkiyə Cumhuriyyəti Safe Tourism modeli ilə dünya Turizm sektoruna öz möhürünü vurdu" - Özəl

  • + A
  • - A
  • 14-02-2021, 23:39

    "Türkiyə Cumhuriyyəti Safe Tourism modeli ilə dünya Turizm sektoruna öz möhürünü vurdu" - Özəl





    - "Türkiyə Cumhuriyyəti Safe Tourism modeli ilə dünya Turizm sektoruna öz möhürünü vurdu".

    “Koronavirus (Covid-19) epidemiyasının davam etdiyi dövrdə Azərbaycanlı jurnalistlər Türkiyənin etibarlı turizm imkanlarına heyran qalıb..”

    İlk növbədə, qeyd edək ki, Türkiyə Cumhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi ilə Turizm Tanıtma və İnkişaf Agentliyinin birgə əməkdaşlığı və onların təşkilati dəstəyi ilə Azərbaycanlı Jurnalistlər hazırda, Türkiyənin nəhəng və əfsanəvi şəhəri olan İstanbul şəhərində səfərdədilər. Səfər zamanı İstanbulu gəzən Azərbaycanlı jurnalistlər, İstanbulun tarixi məkanlarına heyran qaldıqları kimi epidemiya müddətində, Türkiyənin epidemiya vaxtı “Etibarlı Turizm” layihəsini həyata keçirtməsini yüksək şəkildə qiymətləndirib.

    2020-ci il Koronavirus pandemiyası ilə əlaqədar olraq, global səviyyədə bir çox dünya ölkələrində müəyyən sahələrin, xüsusilə turizm sektorunun bir qədər geriləməsi ilə müşahidə olunsa da, bu ölkələr arasında Türkiyə Cumhuriyyəti hər zaman olduğu kimi yeniliyə açıq olan doğru və yerində hazırlanmış əsrarəngiz “Safe Tourism – Təhlükəsiz Turizm” modeli ilə dünya turizm sektoruna öz möhürünü vurdu.

    Dünyada ilk nümunələrdən biri olan Təhlükəsiz Turizm Sertifikatlaşdırma Proqramı, Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi altında, Səhiyyə, Nəqliyyat, Daxili İşlər və Xarici İşlər nazirliklərinin töhfələri və bütün maraqlı sektor tərəflərinin əməkdaşlığı əsnasında hazırlanaraq ərsəyə gəlib.

    Belə ki, yerləşdirmə, iaşə obyektləri, tur və köçürmə vasitələri, mexaniki xətlər və dəniz turizmini və başqa sahələrdə olan turizm növlərini ayrı-ayrı meyarlar çərçivəsində beynəlxalq standartlara uyğun olaraq yoxlayaraq, "Təhlükəsiz Turizm Sertifikatı" verməyə səlahiyyətli akkreditasiya şirkətləri gigiyena və sağlamlıq yoxlamaları və uyğunluq qiymətləndirməsi ilə bağlı hesabatlar hazırlayır və mütəmadi olaraq auditorları müraciət edən müəssisələrə göndərir və xidmətin meyarlara uyğun olub-olmadığını yoxlayır.

    Əlbəttə ki, sertifikat alan müəssisələr TGA və Türkiyə Cümhurəyyəti Mədəniyyət və Turizm Nazirliyinin veb saytında da elan edilir. “Təhlükəsiz Turizm Sertifikatı” loqosu - sertifikatı alan obyektlərin görünən nöqtələrinə asılır və müştərilər sənəddəki QR kodu sayəsində obyektlə bağlı bütün yoxlama məlumatlarına daxil ola bilir. Və bu şəkildə bütün proses şəffaflıq qazanmış olur.

    Türkiyə Kültür və Turizm Nazirliyi – TGA-nın əməkdaşlığı çərçivəsində ilk iki gün içərisində İstanbulda olan Azərbaycanlı jurnalistlər qrupu həm tarixi həm də turistik yerləri görməklə yanaşı epidemiya tədbirlərini də araşdırma fürsəti tapıb.

    Jurnalistlər, iki gün boyunca - İstanbulda olduqları müddətdə təhlükəsiz olma hissini nə qədər yerində hiss etdiklərini, insanların demək olar ki, bütün dezinfeksiyaedici vasitələrini yanında gəzdirmələrini təqdir etdiklərini və bundan sonra da hər kəsin bu tədbirə əməl etmələrini söyləyib.
    Bir sözlə, Türkiyədə Turizm - rəqibləri üçün təsdiqlənmiş bir fərq yaratdı. Bəli, demək olar ki, turizm sektorunda Korona virusundan sonra sertifikatla standartlaşdırılmış gigiyena və təhlükəsizlik tədbirləri görülüb.

    AzadMedia.az-ın redaktoru Ülkər Piriyeva, turistlərin həftə sonu tətbiq olunan komendant saatından azad olduğunu xatırladaraq İstanbulun tarixi gözəlliklərinə heyran olduğunu və bir daha getmək üçün ən güvənli ölkə olduğunu vurğulayıb.
    O, Türkiyənin epidemiya ilə mübarizə üsullarını və yeni “Safe Tourism” modelini son dərəcə ciddi hesab edən bir neçə önəmli ölkədən biri olduğunu bildirərək İstanbulun hər nöqtəsində özlərini rahat hiss etdiklərini qeyd edib.
    Eyni zamanda, Komendant saatı dövründə İstanbulu tamamilə səs-küydən uzaq, rahat, saf şəkildə görmək fürsəti tapdıqlarını ifadə edən Azadmedia.az-ın əməkdaşı – “Baxmayaraq ki, səfərimizin elə ilk günündən hava şəraiti daha da sətləşdi, havanın soyuq olduğunun belə fərqinə varmadıq. Çünki İstanbul bizləri mənəvi olaraq isti ana qucağı kimi qarşıladı” – deyə qeyd edib. O, "iki gün boyunca, İstanbulda etibarlı turizmlə bağlı bir çox yenilikləri kəşf etdik eyni zamanda. Yalnız İstanbulda deyil, Türkiyənin hər bir şəhərini ziyarət etmək lazım olduğunu düşünürəm və səfərimizin növbəti günlərinin təəssüratlarını da bundan sonrakı günlərdə soydaşlarımızla paylaşacağıq" – deyə bildirib.


    Qeyd edək ki, 15 fevral tarixi Azərbaycanlı jurnalistlərin qardaş Türkiyədəki səfərlərinin üçüncü günü olacaq. İstanbuldan sonra, növbəti səfər paytaxt Ankara və İzmir şəhərlərinə nəzərdə tutulub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR