Cari ilin 1 - 18 fevral tarixlərində Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə müəssisələrində 12476 monitorinq həyata keçirilmiş və 592 nöqsan aşkar edilib. AzadMedia.az xəbər verir ki, agentliyin həyata keçirdiyi monitorinq nəticəsində aşağıdakı nöqsanlar qeydə alınıb.
İşçilərin tibbi maskadan istifadəsinə nəzarət edilməməsi (istifadə etməmələri) və tibbi maskanın təmin edilməməsi - 491 (83 %);
Masa (2 metr) və oturacaqlar (1 metr) arasındakı məsafə ilə bağlı tələbə riayət olunmaması - 71 (12%);
Qeyd edək ki, ümumilikdə, ötən il sentyabrın 25-dən etibarən AQTA tərəfindən ölkə üzrə fəaliyyət göstərən 11499 ictimai iaşə müəssisəsində 45254 monitorinq həyata keçirilmiş və 2699 nöqsan aşkar edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.