AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakıda yolun ortasına beton qarışığının tökülməsi sıxlığa səbəb oldu

  • + A
  • - A
  • 19-02-2021, 17:54




    Bakının Heydər Əliyev prospektinin şəhər mərkəzi istiqamətində kənar yolunda nəqliyyat vasitələrinin sıxlığı yaranıb.

    Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

    Məlumata görə, bununla əlaqədar metronun “İçəri şəhər”, “28 May”, “Gənclik”və “Nəriman Nərimanov” stansiyaları istiqamətində ekspress və müntəzəm xətlər üzrə avtobusların intervalında gecikmələr yaranıb.

    "Bu, artıq bu gün eyni yolda avtomobillərin hərəkətində qeydə alınan 2-ci sıxlıq halıdır. Bu dəfə sıxlığa səbəb Bağırov körpüsü adlanan tuneldən çıxışda beton qarışdıran mikserli yük avtomobilindən yolun hərəkət hissəsinə beton qarışığının tökülməsidir", - deyə məlumatda qeyd olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR