AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Energetika, neft-qaz sahələrində çox möhkəm əlaqələr mövcuddur" — İlham Əliyev

  • + A
  • - A
  • 28-09-2018, 11:44

    "Energetika, neft-qaz sahələrində çox möhkəm əlaqələr mövcuddur" — İlham Əliyev















    "Energetika, neft-qaz sahələrində çox möhkəm əlaqələr mövcuddur".
    Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda IX Azərbaycan-Rusiya Regionlararası Forumunun rəsmi açılış mərasimində çıxışı zamanı deyib.

    Dövlət başçısı bildirib ki, həmçinin qarşılıqlı investisiyalarla əlaqədar layihələr həyata keçirilir: "Biz burada da müsbət dinamikanı görürük. Energetika, neft-qaz sahələrində çox möhkəm əlaqələr mövcuddur. Biz, mənim Rusiya Federasiyasına rəsmi səfərim çərçivəsində “Rossneft” ilə SOCAR şirkətləri arasında əməkdaşlıq barədə mühüm sənəd - müqavilə imzaladıq. Eləcə də, 20 ildən artıqdır ki, Azərbaycanda “LUKoil” şirkəti uğurla işləyir, bizim üçün mühüm investordur. Elektroenergetika sahəsində bizim enerji sistemləri paralel rejimdə işləyir. Biz mənim sentyabr səfərim çərçivəsində yüksəkgərginlikli elektrikötürücü xəttin ikinci növbəsinin tikintisi ilə bağlı məsələləri müzakirə etdik. Bu xəttin tikintisi elektrik mübadiləsini daha çox nizama salmağa və bu sahədə üçüncü ölkələrlə əlaqələri genişləndirməyə imkan verəcək".

    "Turizm sahəsində də biz Rusiya vətəndaşları tərəfindən Azərbaycanı ziyarətin çox əhəmiyyətli dərəcədə artdığını görürük. Hələ başa çatmamış 9 ay ərzində 700 minədək rusiyalı Azərbaycanı ziyarət edib. Əminəm ki, bu rəqəm də gələcəkdə artacaq", - Prezident İlham Əliyev qeyd edib.
    Dövlət başçısı vurğulayıb ki, bank sahəsində çox yaxşı əməkdaşlıq və perspektivlər mövcuddur: "Azərbaycanda VTB kimi iri Rusiya bankı fəaliyyət göstərir. Yeri gəlmişkən, Azərbaycan bu bankın ən iri xarici səhmdarıdır. Həmçinin “Qazprombank” nisbətən bu yaxınlarda Azərbaycanın 400 milyon dollardan artıq dəyəri olan iri sənaye layihəsini maliyyələşdirib. Yəni, bütün bunlar bizim əməkdaşlığımızın mühüm elementləridir.

    Maşınqayırma bizim əməkdaşlığımızın nisbətən yeni sahəsidir. Azərbaycanda artıq “KamAZ”, “Ural” avtomobilləri buraxılır. Artıq yüzlərlə belə avtomobil konveyerlərdən düşürülüb. Eləcə də, bizim ölkəmizdə “QAZ” avtomobillərinin istehsalı haqqında razılıq əldə olunub. Yəni, biz bütün istiqamətlərdə çox səmərəli dinamika görürük və bütün bunlar bizim münasibətlərimizin ruhunu, xarakterini səciyyələndirir".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR