Politoloq Ülkər Piriyeva – Görünür, Ermənistan Türkiyənin Kanada ilə NATO müttəfiqi olduğu faktını unudub
Politoloq Ülkər Piriyeva – "Kanadanın Türkiyəyə texnika satışı Ermənistanı qorxudur", deyə qeyd edib..
"Türkiyə artıq hər şeydə, müddətin gedişatını dəyişdirən bir ölkə mövqeyinə yüksəldi".
Doğrudur Kanada 2019-cu ildə Türkiyəyə bir sıra silah və texnikaların satışına qadağa qoymuşdu. Suriyanın şimalında 'Barış Pınarı Əməliyyatı” səbəbiylə Kanada hökuməti, Türkiyəyə silah satışını vaxtilə dayandırmışdı. Lakin bu ilk deyildi, daha əvvəl də, Avropa Birliyinə üzv olan 6 ölkə Türkiyəyə qarşı oxşar bir qərar imzalamışdı.
Həmin vaxtı, Türk Silahlı Qüvvətlərinin başlatdığı Barış Pınarı Əməliyyatının əks-təsirləri beynəlxalq gündəmdəki yerini qoruyarkən, Kanada hökumətindən qalmaqallı bir qərar gəlmişdi. Türkiyənin Suriyanın şimalında həyata keçirdiyi Barış Pınarı Əməliyyatı səbəbi ilə, Türkiyəyə edilən bütün silah ixracatının dayandırıldığı ifadə edilmişdi. Belə ki, Kanadanın Xarici İşlər Nazirliyindən edilən şərhdə, Türkiyəyə hərbi texnika üçün yeni ixrac lisenziyası verilməyəcəyi qeyd edilmişdi.
Bunlardan biri də "Bayraktar" PUA-larında tətbiq olunan "L3Harris Wescam" optik texnikası olmuşdu. Lakin 2020-ci ildə Kanada Türkiyənin bu texnikadan Suriyada humanitar məqsədlərlə istifadə etdiyi qənaətinə gələrək sözügedən cihazın Türkiyəyə satışına istisna hal kimi icazə verdi. Belə bir hal, nəyinki Ermənistan mətbuatını, onların hakimiyyətdə olanlarını və hətta havadarlarını olduqca narahat edəcəkdir və birmənalı olaraq etməlidir də. Niyə?
Bu məsələyə bir neçə arqument gətirmiş olarsaq,
görürük ki, bu gün həm Suriyada, həm Liviyada varlığını hər kəsə qəbul etdirən Türkiyə dünyanın supergücləri arasında öz yerini qoruyur..
Ermənistan eyni zamanda, qardaş Türkiyənin Kanada ilə NATO müttəfiqi olduğunu və regionda alyansın ən önəmli dayağı olmasını unutmamalıdır və ermənistan nəzərə almalıdır ki, Rəsmi Ankara istədiyinə hər zaman nail olub və olmağa davam edir, qardaş Azərbaycan dövləti və rəhbərliyi hər zaman onun yanındadır.
Digər tərəfdən də, dünyanın supergüc terminini özündə ehtiva edən dövlətlər var. Bəs nədir supergüc dövlət olmaq? - Supergüc, suveren dövləti təsvir etmək üçün istifadə olunan termindir. Bu, nüfuz etmə qabiliyyətini qlobal miqyasda tətbiq etmək üçün geniş qabiliyyəti ilə xarakterizə olunur. Bu, iqtisadi, hərbi, texnoloji və mədəni gücün, eləcə də diplomatik və yumşaq güc təsirinin birləşdirilmiş vasitələri ilə həyata keçirilir. Bu baxımdan, 'potensial supergüc' ifadəsi məhz, Türkiyəyə də aiddir.
Heç də təəccüblü hal deyil ki, bu gün, bölgədə sözü eşidilən Türkiyə Cümhuriyyətinin hərbi sahədəki yüksəlişini bütün dünya dörd gözlə izləyir.
Yəni, Ermənistan, dövlət və diaspora səviyyəsində görülən bütün işlərə, hər vəchlə Türkiyənin yoluna əngəl çıxarmaq istəsə belə, bunu heç cür nail ola bilməz, çünki hazırda, Ermənistanın nə iqtisadi, nə sosial və nə də ki siyasi durumu bu iqtidarda deyil. Ermənistanın hazırkı vəziyyətini və orada xalqla hakimiyyət arasında yaşananları görməmək mümkün deyil.
Ermənistan əlbəttə əndişə duymalıdır, bu əndişəsindən ən başlıcası isə Türkiyə Ordusunun dünyanın 13 güclüü otrdusu sırasında durmasına görədir. Bu da təbii haldır. Hələ, qardaş Türkiyə Ordusunu önümüzdəki illərdə ilklərdə görərsək, heç də təəcüblənməməliyik. Dünya Türkiyənin silah texnikasında hansı səviyyə atladığını yaxşı izləyir.
Bəli, 138 ölkənin araşdırıldığı 2020-ci il Hərbi Güc Sıralaması indeksində ABŞ birinci, Rusiya ikinci, Çin üçüncüdür. Ən güclü 13 ordudan beşi isə NATO üzvüdür. Bunlardan biri də Türkiyədir.
Bundan başqa, nüvə silahı nəzərə alınmazsa, Türkiyə 1952-ci ildə daxil olduğu NATO ölkələri arasında döyüş potensialına görə ABŞ-dan sonra ikinci orduya malikdir.
Global Firepower-ın 2020-ci il hesabatına görə, Türk Silahlı Qüvvələri dünyanın ən güclü 13-cü ordusudur -
Müdafiə büdcəsi: 19 milyard dollar
Ümumi hərbi personal: 735 min
Ümumi hava gücü: 1.055 (təyyarə + İHA + vertolyotlar)
Qırıcı təyyarə: 206
Döyüş tankı: 2 min 622
Donanma gücü: 149
Bəli, bu gün Ermənistan Türkiyənin güclənməsindən, həm də Azərbaycanla olan möhkəm dostluq və qardaşlıq əlaqələrinə görə, qorxur. Çünki müzəffər Azərbaycan Ordusunun Şanlı Qarabağ Zəfərimizi Cənab Ali Baş Komandanın öndərliyində tarixə yazdığı 44 günlük Vətən Müharibəmiz boyunca, qardaş Türkiyə dövləti, Cənab Rəcəp Tayyip Ərdoğan başda olmaqla, 83 milyonluq Türk qardaşlarımızın başından sonunadək yanımızda olması, qorxudur Emənistanı.
Halbuki, Ermənistan öz ermənisayağı mənfur niyyətindən tamamilə əl çəkərək vəziyyətə baxarsa, görər ki, bizim heç kimin torpağında heç vaxt gözümüz olmayıb. Biz heç vaxt sülhü pozan tərəf olmamışıq. Ümumiyyətlə Türkün olduğu yerdə hər zaman sülh, əmin amanlıq və sabitlik olmuşdur. Çünki Türk hər zaman birliyi, bərabərliyi, sülhü tərənnüm etmişdir!
Məlumdur ki, nəyinki Ermənistan, bu gün onların havadarları belə qardaş Türkiyənin günü-gündən güclənməsindən və beynəlxalq aləmdə qazandığı etibarından və xüsusilə də, hərbi sahədəki yüksəlişindən narahatdır.
Son illər, Türkiyə artıq hər şeydə, müddətin gedişatını dəyişdirən bir ölkə mövqeyinə yüksəldi.
Qeyd- Heç şübhəsiz ki, pandemiya bittikdən sonra yenidən qurulacaq olan dünyada, ortaya çıxan ən əhəmiyyətli güc Türkiyə olacaq! Politoloq Ülkər Piriyeva
www.AzadMedia.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR