AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Astara gömrüyündə 51,9 kq marixuana tapıldı

  • + A
  • - A
  • Bu gün, 10:35

    Astara gömrüyündə 51,9 kq marixuana tapıldı

    Narkotik “şaftalı” formalı qablaşdırmalarda gizlədilib

    Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində narkotik vasitənin tranzit yolla Azərbaycan ərazisindən keçirilməsinin qarşısı alınıb.

    Bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

    Bildirilib ki, Astara gömrük postunda İrandan Rusiyaya “şaftalı” yükü aparan yük nəqliyyat vasitəsi saxlanılaraq yoxlamaya cəlb edilib.

    Nəqliyyat vasitəsi stasionar rentgen qurğusu və kinoloji xidmət itinin tətbiqi ilə yoxlanılıb. Nəticədə yükdə gizlədilən bağlamaların olduğu müəyyən edilib.

    Aparılan yoxlama zamanı “şaftalı” formasında 104 ədəd qablaşdırmada xalis çəkisi 51 kiloqram 906 qram olan marixuana aşkar olunub.

    Faktla bağlı araşdırma davam etdirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR