Prezident: 30 il əvvəlki müqavilələr dəyişməyib

İlham Əliyev investisiya portfelinin güclü olduğunu bildirib
Prezident İlham Əliyev Azərbaycanın neft-qaz sektorunda investisiya müqavilələrinin rolundan danışıb.
Dövlət başçısı bildirib ki, 30 il əvvəl bağlanan müqavilələr bu günədək toxunulmaz qalıb və onların heç bir müddəası dəyişdirilməyib.
“Bu da investorları cəlb etmək üçün çox önəmli bir amildir. Beləliklə, bizim çox güclü portfelimiz var”, - deyə Prezident vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.