“ASAN Könüllülük” Məktəbinin təşəbbüsü, “ASAN Radionun” media dəstəyi ilə “Canlı Orqanik Virtual İnkişaf Dalğası (COVİD)” layihəsinə start verilib.
Layihənin məqsədi pandemiya dövründə gənclərin psixoloji sağlamlığına, düşüncəsinə, şəxsi inkişafına dəstək göstərmək, həmçinin Azərbaycan dilində psixoloji podkast platformasını yaratmaq və inkişaf etdirməkdir.
Hər kəsə məlum olduğu kimi karantin müddətində və ondan sonrakı dövrdə insanların psixoloji sağlamlığının qorunması ən vacib amillərdən biridir.
Layihə çərçivəsində gənclərin həyat tərzinin dəyişməsinin adaptasiya dövrünə dəstək və şəxsi inkişafın artırılmasına sövq məqsədi ilə peşəkar psixoloqlar tərəfindən hazırlanan sosial podkastlar müxtəlif platformalarda mütəmadi yerləşdirilir. Bu çərçivədə müxtəlif mövzularda peşəkar psixoloqlar tərəfindən virtual interaktiv görüşlər keçirilir.
Podkastları MP3 formatında yükləmək və mobil vasitələrlə dinləmək üçün aşağıda qeyd olunan linkdən və proqramlardan istifadə etmək mümkündür:
- “Anchor” - https://anchor.fm/asan-school
-
- “Apple Podcast"- https://apple.co/30y7W17
-
- Google Podkast - https://cutt.ly/kzRoZpr və s.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.