AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanda yüksək vəzifəli şəxs koronavirusdan vəfat etdi - FOTO

  • + A
  • - A
  • 14-04-2021, 10:31


    Laçın Rayon Vergilər Şöbəsinin rəisi vəfat edib.

    Azadmedia.Az-ın məlumatına görə, 1959-cu il təvəllüdlü Zeynallı Fariz İsa oğlu ötən gün koronavirus infeksiyasından dünyasını dəyişib.

    62 yaşlı məmur aprelin 13-də müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Bu barədə onun ailə yaxınları məlumat verib.

    Onların sözlərinə görə, mərhumun arzusu yenidən Laçını görmək olsa da, bu, ona qismət olmadı.

    Z.Fariz bu gün Zabrat qəbiristanlığında dəfn olunacaq.

    Xatırladaq ki, F.Zeynallı Laçın şəhərində anadan olub. 1976-cı ildə Laçın şəhər 1 N-li orta məktəbi bitirib.

    1985-ci ildə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki Azərbaycan Dövlət İqtisad Universitetini) Mühasibat uçotu ixtisasını bitirib. 1985-1988-ci illərdə Laçın Rayon Əmanət Bankında müfəttiş, 1988-1990-cı illərdə Laçın Rayon Nəzarət Komitəsi sədrinin müavini, 1991-ci ildən Laçın Rayon Vergi Müfəttişliyində şöbə müdiri vəzifəsində çalışıb.

    2006-cı ildən ömrünün sonuna qədər Laçın Rayon Vergilər Şöbəsinin rəisi vəzifəsini tutub.

    Azərbaycan Prezidentinin 2009-cu il 11 fevral tarixli, 738 nömrəli sərəncamı ilə F.Zeynallı “Vergilər Nazirliyinin 10 illiyi (2000-2010)” yubiley medalı ilə təltif edilib.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR