Məlum olduğu kimi, Azərbaycanda şəhid ailələrinin, müharibə əlilərinin, veteranların, hərbi qulluqçuların sosial müdafiəsinin təmin edilməsi, onların rifah halının yaxşılaşdırılması və problemlərinin həlli dövlət siyasətinin mühüm tərkib hissəsidir. Bu baxımdan, dekabrın 8- də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“ YAŞAT” fondu) yaradılması haqqında” imzaladığı fərman böyük əhəmiyyət kəsb edir. Məsələ ilə bağlı Milli Məclisin deputatı Ceyhun Məmmədovun dediyi kimi xalqımızın böyük birlik və həmrəylik nümayiş etdirərək düşmən üzərində möhtəşəm qələbəsini təmin etdi. Hazırda isə qarşıda yeni mühim vəzifələr durur. Bu vacib vəzifələrdən biri şəhid və qazi ailələrinə yüksək dəstəyi təmin etmək, onları daimi diqqət və qayğı ilə əhatə etməkdən ibarətdir. Artıq bu istiqamətdə ciddi işlərə başlanılıb. Dövlət ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirir. Azərbaycanda şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində hər zaman yüksək diqqət və qayğı mövcuddur. Bununla yanaşı ölkə vətəndaşları da bu kateqoriyadan olan insanlara hər zaman həssaslıqla yanaşıblar. Bu yanaşma özünü daha qabarıq formada İkinci Qarabağ savaşında büruzə verdi. Xalqımız qazi və şəhid ailələrinə böyük diqqət və qayğı göstərdi. Öz maddi və mənəvi dəstəklərini onlardan əsirgəmədi. Bu Azərbaycan xalqının böyüklüyünü bir daha təsdiq edir. Prezident İlham Əliyevin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna (“ YAŞAT” fondu) yaradılması haqqında fərman imzalaması xüsusi önəm daşıyır. “ Fərman bu sahədə vətəndaş Cəmiyyətinin iştirakının və şəffaflığın təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır”. Fərmanda da qeyd olunduğu kimi, fondun yaradılmasında əsas məqsəd bu kateqoriyadan olan şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi üçün şəffaf , effektiv və əlçatan platformanın formalaşdırılmasıdır. Bu fərman, eyni zamanda, dövlətin, şəxsi Prezident İlham Əliyev və Birinci vitse- prezident Mehriban xanım Əliyevanın bu kateqoriyadan olan insanları hər zaman diqqətdə saxladıqlarının göstəricisidir”. Azərbaycanda həyata keçirilən sosial siyasətin əsas prioritetlərindən biri şəhid ailələri, müharibə əlilləri, veteranlar, hərbi qulluqçuların sosial müdafiəsinin təmin edilməsidir”. Bu fikri millət vəkili Səbinə Xasayeva deyib. Onun sözlərinə görə, hazırkı dövrə kimi Azərbaycan dövləti şəhid ailələri, müharibə əlilləri və digər kateqoriyadan olan şəxslərə maliyyə dəstəyinin göstərilməsi, onların mənzillərlə, minik avtobobilləri ilə təmin edilməsi, müalicəsi, sosial durumlarının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Deputat qeyd edib ki, şəhid ailələri və müharibə əlilləri bunlarla yanaşı 700 manat sosial ödəniş alırlar. Bununla yanaşı vətəndaşlarımız da dəstək göstərməyə xüsusi həsasslıqla yanaşır.
Mahmudavar kənd sakini Fərəcova Aydan Teymur qızı
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.