AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyə səfiri Azərbaycana dəstək aksiyasında - Video

  • + A
  • - A
  • 24-07-2020, 23:24

    Türkiyə səfiri Azərbaycana dəstək aksiyasında - Video


    Azərbaycanın Çexiyadakı səfirliyi qarşısında ermənilərin təşkil etdiyi etiraz aksiyasına qarşı Türkiyə və Azərbaycan vətəndaşları birliyini nümayiş etdirib. Azərbaycan və Türkiyə vətəndaşlarının Azərbaycana dəstək aksiyası şənliyə çevrilib.

    Axar.az xəbər verir ki, bu barədə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva qeyd edib. O bildirib ki, erməni etirazçılarından təxminən 10 dəfə çox olan azərbaycanlılara və türklərə dəstək məqsədilə Türkiyənin Çexiyadakı səfiri Egemen Bağış da aksiyada iştirak edib:

    “Səfirin aksiyada iştirakı Azərbaycan və Türkiyə vətəndaşlarını daha da ruhlandırıb. Eyni zamanda, E.Bağışla Azərbaycanın Çexiyadakı səfiri Adiş Məmmədovun əl-ələ verməsi Ermənistanın düşməncə hücumlarına qarşı dəstək vermək üçün toplaşan aksiya iştirakçılarını məmnun edib. Ermənilər isə bu görüntüyə görə kədərlənib. İki səfirin əl-ələ verməsindən sonra aksiya iştirakçıları "Bir millət, iki dövlət", "Türkiyə-Azərbaycan qardaşdır" şüalarını səsləndiriblər.

    Bir millət iki dövlət! Bu mənzərə düşmənə ciddi mesajdır. Allah Azərbaycanımızı, Türkiyəmizi və birliyimizi daha güclü etsin”.

    Q.Paşayeva Türkiyənin Çexiyadakı səfiri Egemen Bağışa təşəkkürünü bildirdiyini və bu videoları də Bağışın göndərdiyini vurğulayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR