AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şəhid Nurlan Əbilov Masallıda dəfn edildi

  • + A
  • - A
  • 19-04-2021, 17:19


    Xəbər verdiyimiz kimi 6 ay komada olan Masallının igid övladı Nurlan Əbilov bu gün səhər saat 7-də şəhidlik məqamına ucalıb. Azərbaycan Ordusunun şəhid olmuş əsgərinin nəşi bu gün doğulduğu Masallı rayonunun Ağakişibəyli kəndinə gətirilib.

    Azadmedia.az-ın Cənub bürosundan verilən məlumata görə Şəhid rayonunun Şərəfə kənd qəbiristanlığında torpağa tapşırılıb.

    Şəhidlə vida mərasimində Masallı Rayon 70 Saylı Seçki Dairəsinin Millət vəkili Məşhur Məmmədov, RİH başçısı Şahin Məmmədov, Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və rayon ictimaiyyəti iştirak edib. Çıxış edənlər Şəhid Nurlan Əbilovun işıqlı xatirəsini həmişə yad edəcəklərini bildirmiş, Vətənə əmanət qalmış övladlarının dövlət tərəfindən hər cür qayğı ilə əhatə olunacağını bildirmişlər.
    Dəfndən sonra Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov tabuta bükülmüş Azərbaycan Bayrağını şəhidin övladına təhvil verdi, duyğulu anlar yaşandı.
    Qeyd edək ki, Nurlan Əbilov "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilmişdir. Şəhidimiz ailəli idi, iki övladı Vətənə əmanət qaldı.

    Allah rəhmət eləsin!

    Rəmzi Şahverdiyev

    AzadMedia.az-ın Cənub regional bürosunun rəhbəri





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR