Azadmedia.az xəbər veir ki, Futbol üzrə Superliqanın qurucu klubları hazırkı Çempionlar Liqası və ölkə çempionatlarından kənarlaşdırılmayacaq.
Belə ki, bu barədə Madridin "Real" klubunun prezidenti və Superliqanın rəhbəri Florentino Peres bildirib.
F.Peres qeyd edib: "UEFA-da çaşqınlıq yaranıb və inhisarçılığı mülk ilə qarışdırırlar. Əminəm ki, klublar hazırkı Çempionlar Liqasından və ya milli liqalardan kənarlaşdırılmayacaqlar".
Qeyd edək ki, aprelin 19-a keçən gecə Avropanın 12 ən yaxşı klubu Superliqanın yaradıldığını elan edib. Bunlar İngiltərənin "Mançester Unayted", "Mançester Citi", "Tottenhem", "Liverpul", "Çelsi" və "Arsenal", İspaniyanın "Barselona", "Atletiko" və "Real", İtaliaynın "Milan", "Inter" və "Yuventus" klublarıdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.