Elçin Quliyev Prezidentə məruzə etdi - Video
Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva Cəbrayıl və Zəngilan rayonlarında olublar.
AzadMedia.az-ın məlumatına görə, dövlət başçısı işğaldan azad olunmuş ərazilərə səfər zamanı Dövlət Səhər Xidmətinin yeni inşa edilən hərbi hissəsində də olub.
Bu zaman DSX-nin rəisi, general-polkovnik Elçin Quliyev Ali Baş Komandana görülən işlərlə bağlı məruz edib. Vətən müharibəsindən də danışan Elçin Quliyev qeyd edib ki, düşmən Horadiz istiqamətində əks-həmlə etdiyi vaxt 2 saat müddətində ermənilərin 14 tankı "Harop"lar vasitəsi ilə məhv edilib. General əlavə edib ki, həmin vaxt düşmən təqriban 10-12 tankı da qoyub qaçıb.