AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Vüsal Kərimlidən nəqliyyat vasitələrinin parklanması ilə bağlı açıqlama

  • + A
  • - A
  • 28-04-2021, 13:01

    Vüsal Kərimlidən nəqliyyat vasitələrinin parklanması ilə bağlı açıqlama

    “5 il ərzində 236 küçə və prospektdə layihələr həyata keçirilib. 2020-ci il ərzində isə 87 küçə və prospekt layihələndirilib və bunlardan 34-ü icra edilib”.

    Bu barədə Bakı Nəqliyyat Agentliyinin idarə heyətinin sədri Vüsal Kərimli 2020-ci ilin yekunlarına dair mətbuat konfransında bildirib.

    O qeyd edib ki, ötən il ərzində 31 küçə və prospektdə təhlükəsizlik tədbirləri həyata keçirilib və bunlar bir sıra müsbət dəyişikliklərə gətirib çıxarıb: “Nəticədə sıxlıq halları aradan qaldırılıb, sürücü və piyada təhlükəsizliyinə nail olunub, sərnişindaşımanın keyfiyyəti yüksəlib. Parklanma şəraitinin tənzimlənməsində müsbət dəyişikliklər baş verib”.

    V.Kərimli əlavə edib ki, ötən il 4167 yol nişanı quraşdırılıb. Bu da 663 küçə və prospektdə yol hərəkətinin təşkili və səmərəliliyini artırıb.

    “Bakı şəhərində dayanma, durma və parklanma qaydalarının nizamlanmasına şəhərin müxtəlif ərazilərində 100 kamera və xidməti personal vasitəsilə nəzarət olunur. 300-ə yaxın məntəqədə 5300-dən çox yeni parklanma yeri təşkil olunub.

    Parklanmadakı iradları nəzərə alaraq, nəqliyyat vasitələrinin kimə aid olduğu, harada qeydiyyatdan keçməsi və s.-lə bağlı bütün məlumatları analiz edirik. Yaxın günlərdə müvafiq orqanlarla razılaşdırılandan sonra nəqliyyat vasitələrinin parklanması ilə bağlı məsələnin həllinə başlanılacaq.

    Bakıda ümumilikdə 15 minə yaxın qanuni parklanma yeri var. 300-ə yaxın yeni parklanma yerinin açılması nəticəsində nəqliyyatın intensivliyi artıb”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR