AzadMedia.az xəbər verir ki, Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun “New In Chess” adlı V mərhələsində bu gün ilk yarımfinal görüşləri keçiriləcək.
Belə ki, turnirdə mübarizəni davam etdirən Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu mərhələdə ABŞ təmsilçisi Hikaru Nakamura ilə qarşılaşacaq. Qrossmeysterimiz 1/4 final mərhələsində Alireza Firuzcanı (FIDE), Nakamura isə Le Kuanq Lyemi (Vyetnam) mübarizədən kənarlaşdırıb. Yarımfinal görüşləri iki gün davam edəcək.
Qeyd edək ki, Azərbaycanın digər təmsilçisi Teymur Rəcəbov 1/4 finalda Maqnus Karlsenə uduzaraq turnirdə vidalaşıb.
Yarımfinal cütləri
Şəhriyar Məmmədyarov (Azərbaycan) - Hikaru Nakamura (ABŞ)
Maqnus Karlsen (Norveç) - Levon Aronyan (Ermənistan)
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.