Azadmedia.az xəbər verir ki, 2021-ci ildə Azərbaycanda ümumi daxili məhsulun real artımı 2,5 faiz səviyyəsində proqnozlaşdırılır.
Belə ki, bu barədə "Fitç" Reytinq Agentliyinin hesabatında bildirilib.
Qeyd olunur ki, bu göstərici 2020-ci ildə qeydə alınan 4,3 faiz azalmadan sonra bərpa olunacaq.
Agentlik hesab edir ki, Azərbaycanın geniş enerji resursları, xüsusilə qaz ehtiyatları növbəti 10 il ərzində ölkə iqtisadiyyatının artımını təmin edəcək.