ABŞ əvvəlki hökumətlərin Pxenyana qarşı strateji səbir və böyük anlaşma ideyalarından imtina edərək, bu ölkə ilə bağlı yeni yanaşma hazırlayıb.
Azadmedia.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Cen Psaki deyib.
“Bizim hədəfimiz Koreya yarımadasının tamamilə nüvəsizləşdirilməsidir, halbuki əvvəlki dörd rəhbərliyin səyləri bu hədəfə çatmağa imkan verməmişdi. Siyasətimiz bundan sonra böyük anlaşmalara və strateji səbirə yönəlməyəcək”, - Psaki bildirib.
Onun sözlərinə görə, ABŞ Şimali Koreya məsələsində Yaponiya, Cənubi Koreya və digər müttəfiq və tərəfdaşları ilə məsləhətləşib və bundan sonra da məsləhətləşməyə davam edəcək.