Azadmedia.az xəbər verir ki, Türkiyə müdafiə sənayesi sahəsində imkanlarını artırmaq üçün yeni layihələr icra edir.
Belə ki, bu layihələrdən biri də “Milli Ağır Torpedo” layihəsidir.
AKYA adı verilən layihəyə ilk dəfə 2009-cu ildə Türkiyə Müdafiə Sənayesi Komitəsi və “Roketsan” şirkətinin imzaladığı müqavilə ilə start verilib.
AKYA-nın uzunluğu 7 metr, çəkisi isə 1,2 tona bərabərdir. AKYA-lar 350 kiloqramlıq döyüş başlığı daşıya bilir. Adıçəkilən torpedo inkişaf etmiş texnoloji xüsusiyyətlərə də sahibdir.
30 kilometrdən artıq mənzilə sahib AKYA-lar “Piri Rəis”, “Gür” və “Preveze” tipli sualtı qayıqlarda istifadə ediləcək. “Veyk hominq” qabiliyyətinə məxsus torpedolar gəmini izləyərək hədəfi tapıb məhv edə biləcək.
Qeyd edək ki, AKYA-lar cari ildə Türkiyə Donanmasına təhvil veriləcək.