AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İrana qayıdan Pezeşkian ABŞ səfəri ilə bağlı açıqlama verib

  • + A
  • - A
  • Bu gün, 11:00

    İrana qayıdan Pezeşkian ABŞ səfəri ilə bağlı açıqlama verib

    İran Prezidenti Məsud Pezeşkian Nyu-York şəhərində BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində keçirdiyi görüşlərdə qarşı tərəfi ABŞ və İsrailin ölkəsinə hücumları barədə məlumatlandırıb.

    Bunu Pezeşkian ABŞ səfərindən İrana qayıdan kimi canlı yayımda deyib.

    "Keçirdiyimiz bütün görüşlərdə Amerika və İsrailin törətdikləri cinayətləri bəyan edirdik", - o bildirib.

    İran Prezidentinin fikrincə, İsrailin Yaxın Şərqdəki fəaliyyəti Vaşinqton tərəfindən dəstəklənir:

    "İsrailin Amerikanın dəstəyi ilə atdığı addımlar, bizim fikrimizcə, dövlət terrorudur; çünki müxtəlif ölkələrdə insanlara qarşı hücumlar həyata keçirilir. Alimlər, xalq və ölkə infrastrukturu hücum hədəfinə çevrilib və birbaşa xalqı hədəfə alan sanksiyalar müdafiə edilə bilməz".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR