Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu Amerikada yaşayan azərbaycanlılara müraciət edib.
Məlumatlara görə, Los Ancelesdə və ümumilikdə Kaliforniyanın digər şəhərlərində yaşayan erməni ekstremistləri Azərbaycana qarşı nümayişlər və digər təxribat xarakterli tədbirlər planlaşdırır. Soydaşlarımızdan təmkinli və ehtiyatlı olmağı, təxribatlara uymamağı, belə mənasız nümayişlərə önəm verməməyi xahiş edirik. Azərbaycan həqiqətlərinin yerli ABŞ ictimaiyyətinə müxtəlif müstəvilərdə çatdırılması işi həm Baş Konsulluq, həm də icmamız tərəfindən uğurla davam etdirilir.
Yerli erməni radikallarından hansısa təhdidlər alındığı təqdirdə və ya digər şübhəli məqamlarla bağlı Baş Konsulluğa office@azconsulatela.org email ünvanı və ya 1 (310) 444-9101 telefon nömrəsi vasitəsilə dərhal məlumat verilməsini soydaşlarımızdan rica edirik.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.