"İrəvanın son günlərdə sərhəddə süni şəkildə gərginlik yaradaraq məsələnin beynəlmiləlləşdirməsi cəhdi bir daha sübut edir ki, Ermənistan bölgədə sülhün, sabitliyin, təhlükəsizliyin təmin olunmasında maraqlı deyil".
Bunu “AzadMedia.Az”a açıqlamasında millət vəkili iqbal Məmmədov deyib.
Millət vəkilinin sözlərinə görə, İrəvanın Ermənistan-Azərbaycan sərhədinin beynəlxalq aləmdə tanınmış sərhədləri çərçivəsində həll edilməsi əvəzinə, prosesə qeyri-adekvat reaksiya verərək məsələni beynəlmiləlləşdirmə cəhdləri bölgədə gərginliyin artmasına və əldə edilmiş kövrək sülhə ciddi təhlükədir.
“Təəssüflər olsun ki, Azərbaycan torpaqlarının işğalı faktını 30 ilə yaxındır görməzdən gələn ATƏT MQ həmsədr ölkələri olan Fransa və ABŞ-ın, o cümlədən bəzi başqa ölkələrin yenə də Ermənistanın işğalçılıq siyasətinə dəstək verməkdə davam etməsi isə bölgədə davamlı sülhə, sabitliyə və inkişafa xidmət etmir. Həmin qüvvələrin yanlış mesajlar verməsi isə Ermənistandakı revanşist qüvvələri işğalçılıq niyyətlərinə stimul verir. O baxımdan da bu məsələdə Fransanın tutduğu mövqe ümumiyyətlə qəbuledilməzdir və bu mövqedən geri durmalıdır. Əgər geri durmazsa, bölgədə davam edəcək gərginlikdən ən çox əziyyət çəkən ölkə elə Ermənistan olacaq”, - millət vəkili qeyd edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.