"Son illər cənab Prezidentin informasiya sahəsindəki fəaliyyəti bir daha təsdiqləyir ki, ölkəmiz informasiya siyasətində açıqdır və həqiqətlərin obyektiv şəkildə dünyaya çatdırılmasında maraqlıdır. Dövlət başçısı müharibə və postmüharibə dövründə dünyanın aparıcı mətbu orqanlarının əməkdaşlarına müsahibə verib, həmçinin keçirilən konfranslarda iştirakçıların çoxsaylı suallarını cavablandıraraq 44 günlük müharibə və müharibədən sonra regionda yaranan yeni reallıqlar və perspektiv əməkdaşlıq imkanları barədə məlumatları dünya ictimaiyyətinə şəxsən özü çatdırıb. Xarici media nümayyəndələri Prezident İlham Əliyevin ona ünvanladıqları sualları əhatəli şəkildə və böyük diplomatik məharətlə cavablandırmasını yüksək dəyərləndirirlər".
Bu sözləri Sia.az a açıqlamasında deputat Müşfiq Cəfərov deyib.Deputat sözlərinə belə davam edib: "Ali Baş Komandan hər zaman qatıldığı bütün beynəlxalq tədbirlərdə Azərbaycan həqiqətlərini dünyaya lazım olan qaydada çatdırıb, mənfur düşməni ifşa edib. Müharibə dövründə və sonrasında gerçəkliklərin obyektiv şəkildə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması Prezident İlham Əliyevin informasiya sahəsindəki uğurlu fəaliyyətinin bariz nümunəsidir. Ölkə başçısı informasiya siyasətinə yeni formada yanaşır ki, bunu da xarici media ekspertləri yüksək qiymətləndirir. Prezident İlham Əliyevin yeni informasiya strategiyası şəffaflıq, obyektivlik, sistemlilik, operativlik kimi prinsiplərə əsaslanır. Dövlət rəhbərinin bu sahəsindəki fəaliyyəti əsasən milli maraqların müdafiəsi, ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, cəmiyyətin hərtərəfli məlumatlandırılması amilləri üzərində qurulub".
"44 günlük müharibə dövründə olduğu kimi, Prezident İlham Əliyev bu gün də erməni yalanlarına qarşı informasiya müharibəsində qalibdir və liderlik keyfiyyətləri, natiqlik məharəti ilə Azərbaycan xalqının yüksək intellektual potensialını bütün dünyaya nümayiş etdirir. Cənab Prezident hər addımında milli maraq və mənafeləri üstün tutur".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.