AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputat parlamentdə təkliflə çıxış edib

  • + A
  • - A
  • 25-05-2021, 18:24


    Milli Məclisin deputatı Məşhur Məmmədov parlamentin bu gün keçirilən plenar iclasında "elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" qanun layihəsinin müzakirəsi zamanı təkliflə çıxış edib.

    Modern.az
    xəbər verir ki, qanun layihəsini mütərəqqi qanun layihəsi kimi qiymətləndirib:

    "Eyni zamanda, qanun layihəsi günün tələblərinə tam uyğundur. Həm ətraf mühitin qorunması, həm də digər sahələri əhatə edir. Qəbul olunmuş qanun layihələri ətraf mühitin qorunması və yaxşılaşmasına xidmət məqsədi daşıyır.Bu gün bir çox sahələrə vəsait ayrılır. Hesab edirəm ki, bu sahəyə də dövlət vəsaiti və investisiyalar lazımdır"

    Məşhur Məmmədov ölkədə alternativ enerjili avtomobillərin olmamasına da diqqət çəkib:

    " Bunların olmamasının səbəbi də odur ki, mühərriklərə görə, rüsumların azaldılması aksizi olmasa da, avtomibillərdə gömrük rüsumu 15% var. Hətta qonşu ölkələrdə Rusiyada, Türkiyədə maşınlar gömrük rüsumlarından azaddır. Təklif edirəm ki, Azərbaycana elektrikli maşınların gətirilməsi ilə bu sahə gömrük rüsumlarından azad olunsun. Bu da ətraf mühitin mühafizəsi üçün çox yaxşı addımdır"

    Namidə BİNGÖL


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR