AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ-ın pilotsuz tankı NATO təlimlərində - Video

  • + A
  • - A
  • 25-05-2021, 20:25

    Azadmedia.az xəbər verir ki, ABŞ ordusu tamamilə robotlaşdırılmış “Ripsaw M5” tankını NATO-nun “Avropanın müdafiəçisi-21” təlimlərinə cəlb edib.

    Belə ki, bu barədə ABŞ ordusundan məlumat yayılıb.

    Məlumata görə, 10 ton ağırlığında olan pilotsuz tanklar dizel və hibrid elektromühərriklərlə işləyə bilir.

    Bu tanklara müxtəlif atıcı silahlar, artilleriya, eləcə də üçüncü nəsil “Javelin” tank əleyhinə kompleksləri, hava hücumundan müdafiə sistemləri və xüsusi avadanlıqlar quraşdırmaq mümkündür.

    “Ripsaw M5” atəş dəstəyi, müşayiət, kəşfiyyat tapşırıqlarını da yerinə yetirə bilir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, bu tankın tamamilə səssiz hərəkət etmək imkanı var.

    Tank hər yerdə - səhrada, qarlı, təpəlik yerlərdə hərəkət etmək qabiliyyətinə malikdir.





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR