AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

2 saylı Dəmiryol Poliklinikasının Baş həkimi və fəxri dəmiryolçu Həmzə Həsənov Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbriki

  • + A
  • - A
  • 30-12-2016, 11:31

    2 saylı Dəmiryol Poliklinikasının Baş həkimi və fəxri dəmiryolçu Həmzə Həsənov Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbriki

















    Əziz həmvətənlər!

    Mən sizin hamınızı Yeni il bayramı münasibətilə ürəkdən təbrik edirəm, sizə cansağlığı, xoşbəxtlik arzulayıram.

    2016-cı il arxada qalır. 2016-cı il ölkəmiz üçün uğurlu il olmuşdur. Baxmayaraq ki, 2016-cı ildə dünyada iqtisadi və maliyyə böhranı hələ də davam edirdi, Azərbaycan 2016-cı ildə böyük uğurlara nail olmuşdur. Bizim iqtisadiyyatımız artmışdır, ölkədə bütün sosial proqramlar öz həllini tapmışdır, bütün infrastruktur layihələri icra edilmişdir, bir sözlə, 2016-cı ildə ölkə qarşısında duran bütün vəzifələr şərəflə yerinə yetirildi.

    2016-cı ildə ölkəmizdə siyasi proseslər müsbət istiqamətdə inkişaf etmişdir. Azərbaycanda demokratiyanın inkişafı yolunda böyük və uğurlu addımlar atılmışdır. Bu, onu göstərir ki, biz nəinki iqtisadi sahədə çox böyük uğurlara nail olmuşuq, eyni zamanda, siyasi islahatların aparılması işində Azərbaycan çox uğurla inkişaf edir. Bu, bizə imkan verir ki, ölkəmiz hərtərəfli inkişaf etsin, ölkəmiz sözün əsl mənasında, müasir dövlətə çevrilsin və bu istiqamətdə atılmış addımlar bizi ruhlandırır.

    Əziz dostlar, eyni zamanda, Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. Mən dünyada yaşayan bütün soydaşlarımızı bu bayram münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Onlar bilməlidirlər və bilirlər ki, onların arxasında güclü, qüdrətli, müasir, azad Azərbaycan dövləti dayanır. Azərbaycan onların dayağıdır, onların arxasıdır. Onlar da yaşadıqları ölkələrdə Azərbaycanı təmsil edirlər və ölkəmizin maraqlarının təmin edilməsinə gündəlik fəaliyyətləri ilə öz töhfələrini verirlər. Dünyada yaşayan bütün azərbaycanlılar bilirlər ki, Azərbaycan dövləti daim onlarla bərabərdir, onların fəaliyyətini izləyir, onların qayğıları ilə yaşayır. Dünyada mövcud olan Azərbaycan diaspor təşkilatları da öz səmərəli fəaliyyətləri ilə bizim gücümüzü artırırlar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR