Sosial şəbəkələrdə Memarlıq və İnşaat Universitetinin İnşaat fakültəsinin 3-cü kursunda oxuyan 30-a yaxın tələbənin təhsil müəsisəsindən xaric edilməsini tələb edən təqdimatın görüntüləri yayılıb.
Sənəddə tələbələrin təhsil haqqını ödəyə bilmədiklərinə görə universitetdən kənarlaşdırılacaqları qeyd olunur.
Memarlıq və İnşaat Universitetinin mətbuat katibi Nəcibə Mirzəyeva yayılan sənədə münasibət bildirib.
“İnşaat fakültəsinin dekanı Hikmət Məmmədov tərəfindən rektorluğa belə bir təqdimat verilməyib. Sənət saxdadır. Həmin sənədin kimlər tərəfindən hazırlanması və sosial mediada yayılmasının təşkil edənlər araşdırılacaq”, - deyə mətbuat katibi qeyd edib.