AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Fikrət Məmmədov Bəkir Şahinlə görüşüb - FOTO

  • + A
  • - A
  • 1-06-2021, 18:52


    İyunun 1-də ədliyyə naziri Fikrət Məmmədov ölkəmizdə səfərdə olan Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Bəkir Şahinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

    Azərbaycan - Türkiyə əlaqələrinin ən yüksək səviyyədə olduğunu vurğulayan nazir dostluq və qardaşlıq münasibətlərimizin ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” prinsipi ilə uğurla inkişaf etdiyini, əlaqələrimizin möhkəmlənməsində Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın müstəsna rolunu qeyd edib.

    Bildirib ki, dövlətimizin başçısının qeyd etdiyi kimi, Azərbaycan-Türkiyə qədər dünyada bir-birinə yaxın olan ikinci ölkə yoxdur. 44 günlük Vətən müharibəsində Türkiyə Prezidenti başda olmaqla türk xalqı Azərbaycanın yanında olaraq ilk gündən qardaş ölkənin bütün yüksək rəsmi şəxsləri, o cümlədən ədliyyə naziri Abdulhamit Gül Azərbaycana mənəvi və siyasi dəstəyini ifadə ediblər.

    Türkiyənin Baş prokuroru ölkəmizə ilk səfərindən məmnunluğunu ifadə edərək Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə bağlı təbrik edib, müharibə dövründə azərbaycanlı həmkarları ilə daim təmasda olduğunu və hadisələri yaxından izlədiyini söyləyib, Azərbaycanın zəfərindən çox şad olduğunu qeyd edib. Bildirib ki, Azərbaycanın sevinci bütün türk xalqının sevincidir.

    Görüşdə zəngin müqavilə-hüquq bazasına söykənən əlaqələrin inkişafı, iki ölkənin məhkəmə, ədliyyə və prokurorluq orqanlarının ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlığı və gələcək perspektivlər vurğulanıb, səfərin qarşılıqlı fəaliyyətin dərinləşdirilməsinə əlavə təkan verəcəyinə əminlik ifadə olunub.

    Eyni zamanda məhkəmə-hüquq islahatları barədə fikir mübadiləsi aparılıb, Azərbaycanda hakimlərin şəffaf seçiminə toxunularaq, onların tədrisində qardaş ölkənin dəstəyi və digər birgə tədbirlərin səmərəsi qeyd edilib. B.Şahin ölkəsində də məhkəmə islahatlarının davam etdiyini bildirərək bu sahədə yaxşı təcrübələrin mübadiləsinin əhəmiyyətini vurğulayıb.

    Nazir həmçinin tədbirdə iştirak edən Türkiyənin ölkəmizdəki yeni səfiri Cahit Bağçını təyinatı münasibətilə təbrik edib, ona uğurlu fəaliyyət arzulayıb.

    Qonaqlar nazirlikdə Azərbaycan ədliyyəsinin tarixinə və müasir inkişafına dair yeni eksponatlarla zənginləşdirilmiş muzeylə və Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış Böyük Qələbəyə, həmçinin Azərbaycan-Türkiyə münasibətlərinə həsr olunmuş xüsusi stendlərlə tanış olublar.






















    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR