AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Uydurmalar tarixi gerçəkliyi dəyişmir – Deputat Ülvi Quliyevin yazısı

  • + A
  • - A
  • 5-06-2021, 18:00


    Ülvi Quliyev
    Milli Məclisin deputatı

    Çoxlarımız dəfələrlə özümüz-özümüzdən soruşmuşuq ki, erməni qonşularımız niyə bu xislətdədir? Nədir onları rahat buraxmayan, bizimlə dinc birgəyaşayışlarına mane olan? Bəzən onu da düşünmüşük ki, bəlkə "ulduzları” təkcə bizimlə barışmır? Şübhə etmirəm ki, bu və bu kimi suallara cavab tapmaq üçün əksərriyyətimiz ağsaqqal və ağbirçəklərimizlə yanaşı, tarixi mənbələrə də üz tutmuşuq. İnternet əsrində mütaliəyə maraq azalsa da, İnternetin özü obyektiv məlumatlar üçün də açıq və əlçatandır. İndi qeyd edəcəklərim, inanıram ki, çoxlarına məlumdur, amma yenə də... Məncə, onlardan bəzilərini bir daha xatırlatmaq faydalı olardı və təkcə özümüz üçün deyil...

    Rus tədqiqatçısı V.Veliçko yazırdı ki: "Ermənilər gürcülərə məxsus olan məbəd və monastrlarda gürcü izlərini silir.Onlar daşlar üzərində gürcü dilində olan yazıları qaşıyıb yox edirlər. Hətta tikililərdən həmin daşları çıxarıb, onları üzərində erməni dilində yazdıqları daşlarla əvəzləyirlər”. Ermənilər bu cür naqis əməllərini biz azərbaycanlılara qarşı daha çox ediblər. 44 günlük Vətən müharibəsindən sonra Qarabağda bunun bir daha şahidi olduq. Amma görünür, hədəflərində təkcə biz olmamışıq.

    V.Veliçko 1904-cü ildə daha sonra yazırdı ki: ”Ermənilər yerli əhalini sıxıb "suyunu içirlər”. Bununla kifayətlənməyərək, onlar yerli müsəlman əhalinin reputasiyasına elə səviyyədə zərbə vurmaq siyasətini yürüdürlər ki, gələcəkdə onları qovub torpaqlarını ələ keçirsinlər”. Veliçkonun yazdıqlarına Qriboyedovun, rus general-diplomatı Mayevskinin və başqa tanınmış etnik rusların xatirələrini əlavə etsək, erməniyə olan rus dəstəyinin arxasında səmimi hisslərin deyil, I Pyotrdan qalma siyasi maraqların dayandığının fərqində olmalıyıq.

    Amma Fransanın Ermənistana "sevimli bacısı” kimi yanaşdığı məlumdur. Xüsusən, son 30 il, ələxsus, Makron dönəmindəki Fransa siyasi elitasının ermənipərəst davranışı heç birimiz üçün sirr deyil. Maraqlıdır ki, məşhur fransız səyyahı qraf De-Şolye öz xatirələrində belə yazırdı: ” Mən ermənilərlə heç vaxt razılıq əldə edə bilmədim. Onların bicliyi iyrənc, alçaqlığı dözülməz, əclaflığı rəzalətdir”. N.Şavrov 1911-ci ildə xatirələrində yazırdı ki, "Zaqafqaziyada yaşayan bir milyon uç yüz min ermənidən bir milyonu yerli əhali deyil. Onları həmin vilayətə biz özümüz (ruslar) köçürmüşük”.

    Gürcü mütəfəkkiri və yazıçısı İ.Çavçavadze isə imperatora məktubunda ermənilər haqqında belə yazmışdı: ” Zati-aliləri, ermənilərin mərkəzi rus torpaqlarında məskunlaşdırılmasına icazə verməyin. Onlar elə bir qəbilədən çıxıblar ki, bir neçə on il orada yaşadıqdan sonra bütün dünyaya hay-küy salacaqlar ki, bu ərazilər onların atalarının, ulu babalarının torpaqlarıdır”.

    Başqa xalqların tanınmış nümayəndələrinin də bu cür tarixi xatirələri kifayət qədərdir. İndiki Ermənistan Qarabağda minaladığı ərazilərin xəritəsini Azərbaycana verməkdən imtina edir. Beynəlxalq təşkilatların bir çoxu ya susur, susmayanların çağırışı işə yetərli təsirdə olmur. Nəticədə, mülki insanlarımız Ermənistanın terror cinayətinin günahsız qurbanlarına çevrilir, həyat və sağlamlığını itirirlər. İndi bizləri bir sual da düşündürür: 44 günlük Vətən müharibəsində ordusu darmadağın edilən, ağır hərbi məğlubiyyətə məruz qalan Ermənistanın çəkinmədən cinayətlərini davam etdirə bilməsinin səbəbi nədir? Ermənilər daha tez başa düşsünlər deyə, fransız yazıçısı R.Rollandan bir stat gətirmək istərdim: "Əsl məğlubiyyət, düzəldilməsi mümkün olmayan yeganə məğlubiyyət düşməndən yox, özündən irəli gəlir”. Ermənilər bizləri, türkləri düşmən hesab edirlər. Amma fransız yazıçısının bu müdrik sözlərindən nəticə çıxarsalar, başa düşərlər ki, əsl düşmənləri elə özləridir...

    Bizlər də birdəfəlik bilməliyik ki, onların xisləti budur, kəsdikləri çörəyə xəyanət də, ən qədim peşə iyrənclikləri də vərdiş yaddaşlarından qaynaqlanır. Onlar belə vərdişlərlə, zatən, özləri-özlərini məğlub etmiş bir toplumdur. Əslində, bizləri onların varlığı, düşüncə və vərdiş tərzi deyil, bu cür düşüncə tərzinə kənardan şərik çıxan və ortaq olanlar daha çox narahat etməlidir...

    Sonda, mərhum Aliya İzzetbeqoviçin müdrik bir kəlamını bir daha xatırlamaqda fayda var: "İstədiyiniz qədər dağlara xaç qoyun. Səmaya hər dəfə baxdığınızda ay və ulduzu görəcəksiniz”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR