AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Formula 1-in açılış mərasimində himnimizi onlar ifa edəcək

  • + A
  • - A
  • 6-06-2021, 13:40

    Formula 1-in açılış mərasimində himnimizi onlar ifa edəcək

    Formula 1 Azərbaycan Qran Prisi beşinci dəfə günəşli Bakı küçələrinə qayıdır. Asfalt сəngavərləri Bakı şəhər halqasını “alovlandırmazdan” əvvəl, bütün komandalar və tədbirin qonaqları himn üçün ayağa qalxacaqlar. Mərasimdə Azərbaycanda keçirilən beşinci yarışın konsepsiyası vurğulanacaq. Digər konsepsiya multikulturalizm və tolerantlıq ideyasına əsaslanır.

    AzadMedia.az xəbər verir ki, builki Formula 1 Azərbaycan Qran-Prisinin açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni Vətən müharibəsi qazisi Atəş Qarayev və Əməkdar artist Səbinə Babayeva tərəfindən səsləndiriləcək. Himn səsləndirilən zaman trek üzərində dayanacan müxtəlif millətlərin nümayəndələri əllərində Azərbaycan Respublikasının Dövlət Bayrağını tutaacaqlar. Onlar Bakıda keçirilən beşinci Formula 1 yarışını simvolizə edən və barış işarəsini əks etdirən “V” formasında dayanacaqlar.

    Qeyd etmək lazımdır ki, bu mərasim üçün yaradılan himnin xüsusi versiyası tanınmış Azərbaycan bəstəkarı və musiqi prodüseri Azad Vəliyev tərəfindən hazırlanb. Azərbaycan Respublikasının Dövlət Himninin bu tərtibatı Konstitusiya ilə dəqiq müəyyənləşdirilmiş formada təqdim olunur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR