“Kənd təsərrüfatı və qida sənayesi sərgisində İran şirkətlərinin stendində oldum, onlarla söhbət etdim”.
AzadMedia.az xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi öz tvitter hesabında yazıb.
O bildirib ki, İran yaxın vaxtlarda Azərbaycanda traktor istehsal xəttini yaradacaq:
“İran şirkətləri Dağlıq Qarabağda azad edilmiş torpaqların kənd təsərrüfatı sektorunda fəal iştirak etməyə hazırlaşır”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.