AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Prezidentlərin Şuşa görüşündə Azərbaycan və Türkiyə arasında hansı müqavilə imzalanacaq? – AÇIQLAMA

  • + A
  • - A
  • 12-06-2021, 11:00



    Xəbər verdiyimiz kimi Türkiyə Prezidenti Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev arasında Şuşada görüş keçiriləcək.

    Ərdoğan ötən gün açıqlamasında iki ölkə arasında müqavilə imzalanacağına və sənədin hərtərəfli olacağına işarə edib.

    Maraqlıdır, iki dost ölkə arasında hansı motivdə sənəd imzalana bilər? Müqavilənin Şuşada imzalanmasının səbəbi nədir?

    Məsələ ətrafında Sfera.az-a danışan siyasi şərhçi, Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədr müavini Nazim Cəfərsoy görüşün Şuşada keçirilməsinin simvolik məna daşıdığını deyib:

    "Bu, Şuşanın Azərbaycan şəhəri olmasına, ikinci Qarabağ savaşında Türkiyənin Azərbaycana verdiyi mənəvi dəstəyə, strateji əməkdaşlığa və azadlığın simvoluna işarədir. Müqavilə Türkiyə-Azərbaycan arasında indiyədək müxtəlif səviyyəli əməkdaşığın təkrarlanması və yeni istiqamətə daşınması ilə bağlı olacaq. Çünki Qarabağın azad olunması regionda yeni reallıqlar yaradıb".

    Müsahibimizin sözlərinə görə, sözügedən sənəd region üçün də əhəmiyyətli olacaq:

    "Azərbaycan və Türkiyə arasında imzalanan müqavilə regionda, yəni Cənubi Qafqazda sülhün təmin olunmasına xidmət edəcək. Sənəd bütün regiona rifah gətirməyi sağlayacaq. Bundan başqa əməkdaşlığın yeni formaları güncəlləşəcək. Regionda yaranacaq yeni istiqamətlərdən isə Ermənistan tərəfi də faydalanmaq istəyəcək".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR