Cənab Prezident İlham Əliyev daha bir uğurlu siyasət həyata keçirdi. Ermənistan tərəfindən Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələrin Azərbaycana təqdim edilməsi Prezidentin diplomatik bacarığını bir daha ortaya qoydu.
Bunu
Azadmedia.az-a millət vəkili
Ceyhun Məmmədov deyib.
Deputat bildirib ki, Ermənistan tərəfi Prezident İlham Əliyevin xəbərdarlıqlarına və tələblərinə baxmayaraq, bu xəritələri Azərbaycana təhvil vermək istəmirdi, xəritəni verməmək üçün müxtəlif bəhanələr gətirirdi. Ancaq Azərbaycan dünya miqyaslı tədbirlər səviyyəsində israrla bu xəritələri Ermənistandan tələb edirdi. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu diplomatik siyasət nəticəsində ABŞ Dövlət Departamentinin və Avropa İttifaqının bu məsələdə fəallıq nümayiş etdirməsinə nail olundu. Azərbaycan bu məsələdə haqlı tərəf olduğu üçün, nəhayət istəyinə nail oldu və Ağdam rayonunun minalanmış ərazilərinin xəritəsini əldə etd.
C.Məmmədov qeyd edib ki, mina xəritəsinin Azərbaycana təqdim edilməsi həm vaxt itkisi baxımından, həm də iqtisadi baxımdan Ağdama qayıdışı daha da sürətləndirəcək və dövlətin bu prosesdə əlavə vəsait xərcləməsinin qarşısını alacaq: "Sirr deyil ki, Azərbaycan uzun müddətdir, ayrı-ayrı ölkələrdən mina təmizləmək üçün avadanlıqlar alırdı, mütəxəssislər təlimlərə cəlb edilirdi. Bu da əlavə vəsaitin xərclənməsinə səbəb olurdu. Bu baxımdan sözügedən razılaşmanın əldə olunması xüsusi əhəmiyyət daşıyır. Bu, eyni zamanda bir daha Prezident İlham Əliyevin bütün məsələlərdə prinsipial mövqe nümayiş etdirdiyini göstərir. Azərbaycan bu məsələnin sona kimi həlli üçün bütün zəruri addımları atacaq və lazımi tədbirləri görəcək, digər minalanmış ərazilərin xəritələrini də əldə edəcək. Çünki nəyi nə zaman edəcəyini hamıdan yaxşı bilən Cənab İlham Əliyevin qarşısına qoyduğu konkret prinsipial hədəf və məqsədləri var. Aparılan bütün məqsədyönlü siyasət Azərbaycanı o hədəfə doğru aparır".
Elnurə Abuşova
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.