"Hər müharibənin öz qanunları və öz qaydaları var. İstər müharibə zamanı, istərsə də sonra heç kimin beynəlxalq hüquqa məhəl qoymamaq haqqı yoxdur", deyə Politoloq Ülkər Piriyeva AzadMedia.az-a açıqlamasında bildirib.
Artıq Ermənistan ilə Azərbaycan arasında münaqişə bitib. Ancaq zorakılığın davamlı olaraq artmasından çox təssüf hissi keçirdirik. Əslində hər birimiz, eləcə də hamımız Qafqazda sülh üçün çalışmalıyıq. Elə Azərbaycan tərəfinin də tək bir istəyi var. Bölgədə sülh olsun.
Ancaq minalanmış ərazilərimizin minalardan təmizlənməsi üçün xəritələrin tam şəkildə təqdim edilməsi də olduqca vacibdir.
Bəli, rəsmi İrəvan azad edilmiş bölgələrdə minalanmış ərazilərin xəritələrinin tam şəkildə ən qısa zamanda təqdim etməlidir. Əks halda, Ermənistanın bu cür davranışı beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır.
Çox təəssüf ki, bir neçə gün bundan öncə minanın partlaması nəticəsində aralarında iki jurnalistimiz olmaqla, üç mülki şəxs həlak oldu. Ancaq bu, gözlənilən bir faciə idi. Sözsüz ki, Ermənistan azad edilmiş ərazilərimizin minalardan təmizlənməsi üçün xəritələri təqdim etməsə, bu kimi faciələrin təkrarlanmaq təhlükəsi var. Fikrimcə, hər iki xalqın marağı naminə ərazilər minalardan təmizlənməli və təhlükəsiz hala salınmalıdır. Əks halda bu, sülhə təhdid yaradan ciddi bir faktdır. Hesab edirəm ki, Ermənistan beynəlxalq ictimaiyyətin tələblərini ən qısa zamanda yerinə yetirməlidir. Beləliklə, hər iki xalq arasında sülh və təhlükəsizlik hamının birgə əməkdaşlığı ilə nəyin bahasına olursa-olsun təmin edilməlidir. Cənubi Qafqaz bölgəsinin sülhə, sabitliyə ehtiyacı var. Qarabağ münaqişəsinə son qoyan üçtərəfli bəyanatların müddəalarının təmin edilməsi üçün ərazilərimizdə ermənilərin yerləşdirdiyi minaların xəritələri tam təhvil verilməli və Ermənistan tərəfi üçtərəfli sazişə tam sadiq qalmalıdır.
Qarabağda atəşkəsdən sonra tərəflər yanvarın 11-də yenidən Moskvada bir araya gəldilər və razılaşmanın nəqliyyat marşrutları ilə bağlı hissəsini həyata keçirmək üçün baş nazir müavinlərindən ibarət üçtərəfli işçi qrupunun yaradılmasına qərar verdilər. Lakin 27 may tarixindən etibarən bu danışıqların dondurulduğu elan edildi (Bakı-İrəvan-Moskva işçi qrupu). Elə bunun səbəbi də, Ermənistanın verdiyi sözə əməl etməməsi, razılaşmanın şərtlərinə uyğun davranmaması və xoşagəlməz hallar yaratmaq istəməsi idi.
Başqa bir məlumatda Mher Qriqoryan, Ermənistan Baş nazirinin müavini, “Dəhliz dedikdə bəzi insanlar nəqliyyat marşrutlarını nəzərdə tuturlarsa, başqa məsələ, dəhlizlə suverenliyimizlə bağlı hər hansı bir güzəşt nəzərdə tutulursa, sizi inandırıram ki, bu mümkün deyil”, dedi.
Yəni başqa sözlə, "Naxçıvan Dəhlizi" şəklində bir razılaşmaya icazə verməyəcəyik söyləmişdi.
Əslində, əsas problem son bir neçə ayda geniş bəhs olunan Zəngəzur Dəhlizi və bununla bağlı bir addım atılmasının qarşısını almaqdır.
Çünki Zəngəzur dəhlizi, Naxçıvana uzanan nəqliyyat xəttindən əlavə, Ermənistanın əvvəllər haqsız olaraq əldə etdiyi torpaq sahəsinin əksidir. Bu səbəbdən də Ermənistan Meqri vasitəsilə Azərbaycanın istədiyi yoldan başqa alternativin əsasını qoymağa çalışır. Fikrimcə, onların planları Ruslara Şimali Ermənistandakı İcevandan Azərbaycanın Qazax bölgəsinə uzanan bir xətt təklif etməkdir. Təklif etmək istədikləri xətt SSRİ dövründən qalma bir dəmir yolu xəttidir. Budur, məsələni dərinləşdirən və Rusiyanı bölgəyə hədəfləyən başqa bir vacib məqam. Digər məqam, Atəşkəsin mətninə görə, bölgədəki münaqişə ehtimalına qarşı ruslar burada. Ayrı bir məqama nəzər yetirsək, ruslar sərhəd mübahisəsinə görə Azərbaycanla Ermənistan arasında davam edən gərginliyə qarışmaqdan çəkindilər. Elə həmişə olduğu kimi, münaqişənin böyüməsini, dərinləşməsini gözlədilər.
Qeyd etdiyimiz kimi, bu yaxınlarda iki azərbaycanlı jurnalistimiz mina partlaması nəticəsində həyatlarınıını itirdi. Bu proseslə əlaqəli başqa bir problemdir. Uzun illərdir işğal etdikləri ərazilərdə müxtəlif tələlər quran və bölgənin müxtəlif yerlərində mina qoyan erməni tərəfi mina xəritələrinin tamamını hər bir halda verməlidir.
Bütün bu inkişaflar yaşanarkən, 20 iyunda Ermənistanda keçiriləcək seçkiləri unutmamalıyıq. Hadisələrə ümumiyyətlə baxdığımızda kritik əhəmiyyətə malikdir. Azərbaycan tərəfinin bölgə ilə bağlı strategiyamızı daha aydın şəkildə formalaşdırmamız üçün 20 iyunu gözləmə ehtimalımız böyükdür.
İndependent saytının məlumatına görə, Müdafiə Nazirliyi Xankəndində minalardan təmizlənmə işlərinin davam etdiyini, 7 kilometr yolda 51 partlamamış mina məhv edildiyini və bu minaların ermənilərin tərk etdiyi binalara yerləşdirildiyini bildirmişdi.
Eyni zamanda, Nazirlik, noyabrın 23-dən bəri bölgədə aparılan minatəmizləmə əməliyyatları zamanı ermənilər tərəfindən qurulan 4.811 partlamamış mina məhv edildiyini və bu minalardan 375-nin binalara yerləşdirildiyini qeyd edib.
Ötən gün baş vermiş faciə kimi neçə faciəyə səbəb olmuş piyada və tank əleyhinə dəhşətli minaların Qarabağ ərazilərimizdə yerləşdirilməsi ilə bağlı xəritələrin Ermənistan tərəfindən təhvil verilməməsi məhz, müharibə cinayətidir və onların bu qeyri adekvat, qeyri-humanist addımları beynəlxalq ictimaiyyət tərəfindən şiddətlə qınanmalıdır.
Azad edilmiş torpaqlarda artıq 35minə yaxın mina zərərsizləşdirilib. Bastırılmış minaların yerlərini göstərən xəritələrin təqdim edilməsi ilə dəhşətli ölüm alətlərinin tezliklə zərərsizləşdirilməsi arzuolunandır. Hamıya məlumdur ki, bu günə qədər Ermənistan tərəfindən əməkdaşlıq niyyəti olmamışdır və bunun qurbanı mülki şəxslərimiz, o cümlədən uşaqlar olmuşdur. Həmin ərazilərdə həqiqətən də yeni sülh mühiti qurmaq istəyi varsa, o zaman əməkdaşlıq etmək labüddür.
Qeyd - Hər müharibənin öz qanunları və öz qaydaları var. İstər müharibə zamanı, istərsə də sonra heç kimin beynəlxalq hüquqa məhəl qoymamaq haqqı yoxdur. Ermənistan tərəfi də öz hərəkətləri ilə imzalanmış Ottova Konvensiyasının piyada əleyhinə olan minaların istifadəsinin, toplanmasının, istehsalının və verilməsinin qadağan edilməsi və məhv edilməsi qaydalarını pozur. Bu müqaviləyə görə bütün minalar bütövlükdə 10 il ərzində ləğv edilməlidir. Ermənistan bununla razılaşmır kimi görünür. Hesab edirəm ki, Ermənistan tərəfinin qeyri-adekvat addımları “Ottava Konvensiyası”nın da qaydalarını pozur.