AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Anar Məmmədov: Ermənistan xəritələri verməyə məcbur edilib

  • + A
  • - A
  • 22-06-2021, 19:00

    Anar Məmmədov: Ermənistan xəritələri verməyə məcbur edilib

    “Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi ilə Ermənistanın işğalına son qoydu. Düşmən tapdağından azad olunan ərazilərdəki vəziyyət isə ermənilərin vəhşiliyini, barbarlığını bütün dünyaya nümayiş etdirdi. Ermənistanın işğal dövründə törətdiyi insanlıq əleyhinə cinayətlərdən biri də həmin əraziləri minalamasıdır. Ermənistan tərəfi işğal dövründə cəbhə xəttində xeyli ərazini minalamışdı. Amma bununla kifayətlənməmişdi. 30 illik işğal müddətində bütün Qarabağda, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində məqsədli şəkildə minalar yerləşdirmişdilər. Ermənilər tərəfindən basdırılmış çoxsaylı minalar hələ də yüz minlərlə məcburi köçkünün işğaldan azad olunmuş rayonlara qaytarılmasına ciddi maneə yaradır.”

    Bu fikirləri AzadMedia.az açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov deyib.

    A.Məmmədov qeyd edib ki, iyunun 12-də Ermənistan Ağdam rayonu üzrə tank və piyada əleyhinə 97 min minanı özündə əks etdirən xəritələri Azərbaycana təqdim edib: “Bununla da Azərbaycan tərəfinin apardığı məqsədyönlü fəaliyyət öz bəhrəsini verdi. Azərbaycan da humanizm prinsiplərini üstün tutaraq, 15 erməni terrorçusunu Gürcüstan vasitəsilə qaytarması onu göstərir ki, hər zaman üstünlüyü özümüzdə saxlayırıq.

    Mina xəritələrinin Azərbaycana verilməsi, ilk növbədə, onu göstərdi ki, Prezident İlham Əliyevin Ermənistanı buna məcbur etmək üçün yürütdüyü prinsipial və məqsədyönlü siyasət öz uğurlu nəticəsini verməkdədir. 30 ilə yaxın müddətdə ona havadarlıq edən dövlətlərin dəstəyinə arxalanaraq beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozmağın, BMT Təhlükəsizlik Şurasının qərar və qətnamələrinə əməl etməməyin sonda hansı nəticələrə gətirib çıxardığının şahidi oldu. Azərbaycan Vətən müharibəsinin gedişində BMT Təhlükəsizlik Şurasının və digər təşkilatların qərar və qətnamələrini təkbaşına yerinə yetirməklə bir daha bütün dünyaya sübut etdi ki, beynəlxalq hüquq mövcuddur.”

    Deputat vurğulayıb ki, bu baxımdan Ermənistanın Ağdam rayonu üzrə mina xəritələrini Azərbaycana təqdim etməsi ilk növbədə, Prezident İlham Əliyevin qətiyyətli iradəsinin nəticəsi, ölkəmizin diplomatik uğurudur: “Beləliklə, Azərbaycanın bununla bağlı dünyaya çağırışları və mina xəritələrinin mövcudluğu ilə bağlı iddiaları əbəs deyilmiş. Əgər Ağdam üzrə xəritə varsa, deməli, digər istiqamətlərdə də minalanmış ərazilərin xəritələri mövcuddur.

    Mina xəritələrinin verilməsi Prezident İlham Əliyevin qətiyyətli iradəsinin, bu istiqamətdə atdığı məqsədyönlü addımların məntiqi nəticəsi, növbəti parlaq diplomatik qələbəsidir. Bu, on minlərlə vətəndaşımızın həyatını və sağlamlığını təhlükələrdən xilas edəcək, işğaldan azad olunmuş ərazilərin bərpası və məcburi köçkünlərin qayıdışı prosesini sürətləndirməyə imkan verəcək.”


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR