AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ermənistan havadarlarına arxayın olaraq düşünürdü ki, onların diversiya qrupları cəzasız qalacaq - Deputat

  • + A
  • - A
  • 23-06-2021, 14:20


    Bir müddətdir əli azərbaycanlı qanına batmış, terrorçu olmaları təsdiqlənən ermənilərin məhkəməsi gedir. Məhkəməsi keçirilən şəxslərin cinayət əməlləri istintaq yolu ilə təsdiqlənib, bu barədə Baş Prokurorluq rəsmi açıqlama yayıb. Azərbaycan hüquq-mühafizə orqanları bu insanlarla bağlı uzun zamandır araşdırma aparırdı. Şahidlərin ifadəsi səsləndirilir və biz görürük ki, bu insanların hər biri azərbaycanlılara qarşı vəhşilik törədib, Azərbaycan ərazisində terrora, qətliama cəhd ediblər. Bu sözləri Milli Məclisin deputatı Ceyhun Məmmədov Azadmedia.az-a məhkəməsi keçirilən erməni terrorçuları barədə fikirlərini şərh edərkən biıdirib.

    Millət vəkili qeyd edib ki, Ermənistanın bu məhkəmə üzərindən şou düzəltməsi, beynəlxalq qurumlar qarşısında məsələ qalıdırmağa cəhd etməsi onların hərzamankı vərdişidir və bu ilk dəfə deyil belə bir addım atırlar və yazıq görkəm alaraq hay-küy qaldırmağa çalışırlar: “Ermənistan hansısa beynəlxalq qurumlar qarşısında məsələ qaldırmaq barədə yox, bu kimi cinayətlərə yenidən yol verməmək barədə düşünməlidir. Yəni, bu günə kimi Ermənistan 4 minə yaxın azərbaycanlının taleyi haqqında Azərbaycan tərəfinə heç bir məlumat vermir. Onların heç birinin taleyi məlum deyil. Bu insanların ailələri bu gün də onların taleyindən narahatdır".

    C.Məmmədov qeyd etdi ki, 44 günlük müharibədə Azərbaycan dövləti və Azərbaycan Ordusu bütün sahələrdə Ermənistandan güclü olduğunu bir daha göstərdi. Ermənistan havadarlarına arxayın olaraq düşünürdü ki, onların diversiya qrupları, azərbaycanlılara qarşı diversiya törədən hərbçiləri cəzasız qalacaq, bu mümkün deyil. Ermənistanda, azərbaycanlının qanında əli olan bütün cinayətkarların zaman gəldikcə hər biri öz cəzasını alacaq. Təəssüf ki, bütün baş verənlərdən nəticə çıxarmayan Ermənistan bu gün də Azərbaycana qarşı absurd bəyanatlar verir, müxtəlif fikirlər səsləndirirlər.
    Beynəlxalq qurumların fəaliyyətinə toxunan deputat hesab edir ki, beynəlxalq qurumların bu məsələdə sağlam mövqe nümayiş etdirməməsi Ermənistanı yeni cinayətlərə sövq edir: "Bu gün biz baxırıq ki, bu insanların cinayətlərinin təsdiq olunmasına baxmayaraq, beynəlxalq qurumlar, hansısa təşkilatlar Azərbaycandakı hərbi əsirlər barədə danışırlar. 10 noyabr razılaşmasından sonra hansı hərbi əsirlərdən söhbət gedə bilər? Yəni, bu insanlar 3 tərəfli razılaşmadan sonra Azərbaycan ərazisinə keçərək burada diversiya qrupları şəklində təxribatlar törətməyə çalışıblar. Biz nə etməliydik? Bunlara şərait yaratmalı idik ki, razılaşmadan sonra da bizim ərazilərimizdə əsgərlərimizə qarşı təxribatlar törətsinlər? Azərbaycan buna reaksiya verməməli idimi?".
    Sonda deputat əli bir çox azərbaycanlı qanına batmış, azərbaycanlılara işgəncə vermiş iki şəxs, Lyüdviq Mkrtcyan və Xosrovyan Alyoşa ilə bağlı beynəlxalq qurumların susqunluq nümayiş etdirməsindən söhbət açdı: "Niyə reaksiya verilmir? Azərbaycan mətbuatı uzun zamandır bu barədə reportajlar verir. Niyə bu şəxslərin törətdikləri təxribatlar, Azərbaycana qarşı etdikləri düşmənçilik barədə heç nə deyilmir, heç nə yazılmır, heç bir iş görülmür? Yəni, bununla da beynəlxalq qurumlar və təşkilatlar ikili standartlara və qərəzli yanaşmaya yenə də davam edirlər. Qəti şəkildə ermənilərin bu addımları pislənilməlidir və biz bunu gözləyirik. Azərbaycana hansısa bir təzyiq cəhdinin əsası yoxdur, bu təzyiqlər heç bir nəticə verməyəcək, Azərbaycan öz işinə davam edəcək və bütün cinayətkarları cəzalandıracaq. Cənab Prezident İlham Əliyev bütün beynəlxalq görüşlərdə dəfələrlə bəyan edib ki, heç kim bizimlə təzyiq yoluyla danışa bilməz. Belə addıma cəhd edənlər yerində oturdulacaq.
    Ermənilərə məğlubiyyət acısını yaşadan dəmir yumruq yerindədir”.
    Elnurə Abuşova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR