Bakının Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi Rahib Mirzəyev intihar edib.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, polis rəisi bu gün səhər saatlarında iş yerində tabel silahı ilə özünü öldürüb.
Hazırda Baş Prokurorluğun İstintaq İdarəsinin və Daxili İşlər Nazirliyinin əməkdaşları hadisə yerindədir.
İctimaiyyətə yaxın vaxtlarda ətraflı məlumat veriləcək.
Hadisə yerindən görüntüləri təqdim edirik:
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.