Kanadalı tarixçi və arxeoloq Den Gibson Kəbə haqqında ilginc iddia səsləndirib.
Azadmedia.az Bakı.Mediaya istinadən xəbər verir ki, o, 2016-cı ildə “The Sacred City” sənədli filmində əsl Kəbənin İordaniyada yerləşən Petra şəhəri olduğunu iddia edib.
Alim araşdırmasında Məkkənin adının Quranda cəmi bir dəfə qeyd edildiyini və orada 800-cü ildən əvvələ aid heç bir arxeoloji abidənin olmadığını vurğulayır.
“Məkkə karvan yolları üzərində deyil. Məkkədə Həzrəti Məhəmmədin yaşadığı dövrə aid çox az arxeoloji qalıntı var. Həzrəti Aişə də Məkkədən bəhs edərkən yaşıllıq və çəmənliklə dolu vadilərdən bəhs edir: “Məkkəyə gələndə su və ağacları tapdıq və oraya yerləşdik”. Buxari isə zəncirlərlə bağlanmış bir əsirin üzüm yeməyindən bəhs edib. Məkkə isə hər tərəfi daş və səhralarla çevrələnmiş, ildə cəmi 10 sm yağış yağan bir ərazi olub. Həddən artıq isti iqliminə görə burada böyük bir əhalinin yaşaması, əkinçiliklə məşğul olması çox çətindir”.
Arxeoloq iddia edir ki, aparılan tədqiqatlar Məkkədə ağac olduğuna aid heç bir fakt olmadığını ortaya qoyur. O, bildirir ki, Qədim ərəb xəritələrində Məkkə şəhəri qeyd edilməyib.
“Ticarət mərkəzi olan bir şəhərin köhnə xəritələrdə göstərilməsi mütləq idi. İslama qədərki xəritələrdə Məkkə yoxdur, İslamdan sonrakı xəritələrdə qeyd edilib”.
20 il Məkkədə yaşayan Gibson isə Məkkə yerinə başqa bir şəhərdən bəhs edildiyini iddia edir. Onun fikrincə, Məhəmməd Peyğəmbər Məkkədə deyil, Petrada doğulub böyüyüb, 800-cü ilə qədər inşa edilən məscidlərin qibləsi isə Petra şəhərinə doğru imiş. Qədim ərəbcədə isə Petra şəhərinin adı Mekkaa deyə keçir.
Bundan başqa Gibson araşdıraraq bu günə qədər orijinallığı pozulmayan, dağılmayan 12 məscid tapıb:
1) Məscidi-kıbleteyn (623-cü ildə inşa edilib. Peyğəmbərə qiblə dəyişdirmə ayəsi gələndə üzünü Məscidi Əqsadan Kəbəyə çevirib. İki qibləli məscid deməkdir.
2. Huaisheng məscidi. 627-ci ildə Çində inşa edilib;
3. Fustat məscidi, 641-ci ildə Misirdə;
4. Əməvi sarayı 700-cü ildə İordaniyada;
5. Baalbek məscidi 701-ci ildə Liviyada;
6. Amman qalası 701-ci ildə İordaniyada;
7. Sənaa məscidi 705-ci ildə Yəməndə;
8. Xirbat əl-minya məscidi 706-cı ildə İsraildə;
9. Vasit məscidi 706-cı ildə İraqda;
10. Məscidi-aksa 706-cı ildə İsraildə;
11. Xirbat əl-məfjər 724-cü ildə Qərb sahilində;
12. Ənjər məscidi 724-cü ildə Livanda inşa edilib.
Tarixçi iddia edir ki, digər qədim məscidlərin araşdırması da eyni şeyi ortaya qoyur.