Baş Prokurorluqdan Azadmedia.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Vüsal Babayev Respublika Hərbi Prokurorluğunda aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
İstintaqın gedişatı barədə ictimaiyyətə ətraflı məlumat veriləcəkdir.
XXX
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsinin rəisi, polkovnik Vüsal Babayev rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.
Azadmedia.az-ın məlumatına görə, V. Babayev Hərbi Prokurorluqda barəsində başladılan cinayət işi ilə bağlı saxlanılıb. Onun əməlləri 5 aya yaxındır ki, Hərbi Prokurorluq tərəfindən araşdırılır.
Qeyd edək ki, V.Babayev sözügedən vəzifəyə 2018-ci ildə təyin olunub. Buna qədər isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon idarəsinin rəisi vəzifəsində çalışıb.
Həbs edilən polkovnik Xüsusi Dövlət Mühafizəsi Xidmətinin sabiq rəisi, general-polkovnik Vaqif Axundovun bacısı oğludur.
Xatırladaq ki, Vüsal Babayevin saxlanılması ilə bağlı ilk xəbəri gününsesi.info yazıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.