“Azərbaycan Türkiyədə baş verən meşə yanğınlarının söndürülməsi üçün texnikalar göndərib”.
Bunu jurnalistlərə açıqlamasında fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev deyib.
"Bu gün bizim ikinci mərhələyə aid olan 53 texnika Türkiyəyə yola salınır. Onların içərisində 5 xüsusi riskli xilasetmə xidmətinin xüsusi təyinatlı avtomobili və digərləri isə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın texnikalarıdır. Bunlar iki sutka ərzində yol gedəcəklər və Marmarisə çatıb bizimkilərə qoşulacaqlar" - deyə nazir müavini bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.